Yuxarı

Nüsrət Kəsəmənlinin xatirəsi anıldı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nüsrət Kəsəmənlinin xatirəsi anıldı - Foto

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Eko Parkda şair, publisist Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.

İdarədən Axar.az-a bildirilib ki, tədbirdə şairin qələm dostları, ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Şairlə bağlı xatirələrini bölüşən qələm dostları və yaxınları onun yaradıcılıq xüsusiyyətlərindən, insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Nüsrət Kəsəmənli şəxsiyyəti ilə poeziyası bir-birini tamamlayan söz adamlarından olub. Məhəbbət, gənclik, sevgi şairi Nüsrət Kəsəmənli ümumbəşəri, milli dəyərlərə önəm verdiyi üçün zamanın fövqündə dayanan qələm sahiblərindən biri idi. Onun 150-dən çox şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.

Tədbirdə müğənnilərin ifasında Nüsrət Kəsəmənlinin şerlərinə bəstələnmiş mahnılar dinlənilib.

Tarix
2016.12.16 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla