Yuxarı

“Qafqazda dinlər” kitabı nəşr olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qafqazda dinlər” kitabı nəşr olundu

TEAS Press Nəşriyyat Evi Azərbaycanda multikulturalizm ili çərçivəsində ingilis dilində “Qafqazda dinlər” (Religions in Caucasus. Baku:TEAS Press publishing House, 2016) adlı kitab nəşr edib.

TEAS Press Nəşriyyat Evindən Axar.az-a verilən məlumata görə, kitab London Şərq və Afrika Araşdırmaları Məktəbində keçirilmiş Beynəlxalq konfransın materialları əsasında tərtib olunub. Burada Qafqazda konfessiyaların tarixi və bugününə dair tanınmış dünya və Azərbaycan ilahiyyatçıları, tarixçiləri, arxeoloq və etnoqraflarının məqalələri toplanıb.

Məqalələr “Qədim konfessiyalar: zərdüştlük və iudaizm”, “Qafqazda xristianlıq”, “Qafqazda islam”, “XIX-XX əsrin əvvəllərində Qafqazda konfessiyalar” və “Dinin ümumi problemləri” bölmələrində qruplaşdırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Aviasiya Akademiyasının kafedra müdiri Fəridə Məmmədovanın Alban kilsəsi və onun yeparxiyaları, Frankfurt Universitetinin professoru Cost Hippertin və Elmi Araşdırmalar Mərkəzinin (Fransa) direktoru, tarix və filologiya elmləri doktoru Bernard Utyenin alban yazısı, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Liana Melikişvilinin Gürcüstan apostol avtokefal kilsəsi, Ruan Universitetinin əməkdar qədim tarix müəllimi Fransua Telyamonun Qafqazın yevangelizasiyası, Tarix İnstitutu, II Pavel İoann Yepiskop Universitetinin vitse-direktoru Martin Rezepkanın XIX əsrin birinci yarısında Qafqazda xristianlıq, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyevin Qafqazda islam və digər müəlliflərin məqalələri elmi dəyəri və yenilikləri ilə Qafqaz dinşünaslığına mühüm töhfədir.

Kitabda Qafqazın ən mühüm dini təsisatlarına dair illüstrasiyalar da öz əksini tapıb.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov kitaba ön sözündə Qafqazda dinlərin tarixi və müasir vəziyyətinin öyrənilməsinin aktuallığından, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyətindən bəhs edib.

Ön sözdə qeyd edilir ki, Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovşağında, Qafqaz regionunun cənubunda yerləşən Azərbaycan cəmiyyəti qədim zamanlardan etibarən multikultural səciyyə daşıyır. Tarixin qədim qatlarından başlanan bu ənənə zaman keçdikcə Azərbaycanda həyat tərzi olub, müasir dövrdə isə bitkin bir sistemə çevrilib. Azərbaycanın multikulturalizm modeli tarixin sınağından uğurla çıxıb, daim yaşadılıb. Bu multikulturalizm modeli müasir dünyada baş verən etnik, konfessional və siyasi çəkişmələr, geniş vüsət alan terrorizm şəraitində, Şərqdən olan miqrantlar ilə Avropa ölkələri arasında ziddiyyətlərin kəskin şəkil aldığı bir dövrdə problemlərin həlli üçün mühüm çıxış yollarından birini təşkil edir.

Tarix
2016.12.16 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Canlı

Hikmət Hacıyev Alen Simonyanla görüşdü - Foto

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla