Yuxarı

Bütün türk dünyası Şəhriyarı yad edəcək

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, İstanbul Türk Ocaqları, Sağlamlığın Qorunması İctimai Birliyi və Yazıçılar Birliyinin Cənub şöbəsinin təşkilatçılığı ilə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın 110-cu ildönümü ilə bağlı Türkiyənin bir neçə bölgəsində silsilə tədbirlər keçirəcəyik.

Bu barədə Axar.az-a Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva məlumat verib. Millət vəkili yüzlərlə insanın iştirakı ilə müşayiət olunacaq ən böyük tədbirin yanvarın 31-də İstanbulda keçiriləcəyini açıqlayıb:

“Kastamonu da daxil olmaqla Türkiyənin bəzi vilayətlərində yanvarın sonlarından başlayaraq silsilə tədbirlər davam edəcək və İstanbulda finalla bitəcək. Məhəmmədhüseyn Şəhriyar nəinki Azərbaycanın, türk dünyasının da böyük şairidir.

Bu, yubiley çərçivəsində böyük şairin ədəbi irsi və yaradıcılığının qardaş Türkiyədə daha geniş kütlələrə çatdırılması istiqamətində çox mühüm bir addım olacaq. Silsilə tədbirlər çərçivəsində şairin ədəbi yaradıcılığı ilə bağlı panellər şəklində konfranslar keçiriləcək. Tədbirlər sadəcə konfranslarla bitməyəcək, geniş musiqili bədii gecələrin keçirilməsi də nəzərdə tutulub”.

Qənirə Paşayeva bildirib ki, konfranslara Azərbaycan, Türkiyə və Cənubi Azərbaycandan olan bir sıra ziyalılar qatılacaq, çıxış və müzakirələr olacaq.

Bədii gecədə həmçinin, hər üç ölkədən iştirak edəcək sənətkarların iştirakı ilə Şəhriyarın yaradıcılığına müraciət olunacaq və şairin yaradıcılığından ibarət böyük bədii hissə olacaq.

Tarix
2016.12.22 / 17:25
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla