Yuxarı

Cavid, Müşfiq kimi əclaflar... - 37-ci ilin donosu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid, Müşfiq kimi əclaflar... - 37-ci ilin donosu

"Ədəbiyyat" qəzetinin 1937-ci il 9 iyun buraxılışlı 25-ci (110) sayında A.Faruk imzası ilə Azərbaycanın böyük ədiblərinə qarşı növbəti repressiya yazısı dərc edilib.

Axar.az Şərq.az-a istinadla sözügedən "məqaləni" təqdim edir:

Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkil olunarkən, bu işə rəhbərlik edən Mikayıl Hüseynov, Ruhulla Axundov, Əhməd Triniç və sair bu kimi alçaqların, xalq düşmənlərinin zərərçiliyi və o vaxt, qəbul işlərini bilavasitə idarə edən H.B.Nəzərlinin kobud səhvləri nəticəsində, Azərbaycan Sovet Yazıçıları İttifaqı yabançı ünsürlərlə zibillənib.

İttifaqımıza şəxsiyyəti və yaradıcılığı etibarilə sovet platformasında durmayan Əhməd Cavad, Hüseyn Cavid, H.K.Sanılı, Musaxanlı, Seyid Hüseyn, Yusif Vəzir kimi millətçi, müsavatçı yazıçılar, yaradıcılıq işilə heç bir əlaqəsi olmayan tacir Səlman Mümtazı, başqa sahələrdə öz mövqelərini itirən B.A.Talıblı və Tağı Şahbazi kimi xalq düşmənləri, Mikayıl Müşfiq kimi proletariata və sosializm quruluşuna sadiq olmayan, hələ də öz qəlbində millətçilik fikirlərini daşıyıb, bizi aldatmaq istəyən əclaflar qəbul edilib.

Bu adamlar uzun zamandan bəri sovet quruluşunun onlara verdiyi geniş imkanlara, xalqın etibarına baxmayaraq, yenə də öz millətçi-müsavatçı fikirlərindən əl çəkməyiblər. Onlar əsərlərində mənfi tiplərin dililə öz çürük ideyalarını tərənnüm edir, bəzər forma pərdəsi altında gizlənərək ürəklərində yenə öz murdar fikirlərini saxlayırlar.

Əclaf trotskist - faşist xalq düşmənlərinin axır zamanlarda ifşa olunan murdar cinayətləri, ölkəmizin kapitalist mühasirəsində bulunması şəraitində, beynəlxalq ziddiyyətlərin kəskinləşməsi, azad sovet ellərinə göz tikən yapon - alman faşist diversantları və casuslarının hər bir həddi keçən həyasızlığı, bizdən son dərəcə ayıq olmağı tələb edir.

Əsas kollektivi sağlam və xalqımızın böyük işinə sadiq olan Azərbaycan Sovet Yazıçıları İttifaqını bu kontrrevolyusion zir-zibillərdən təmizləməli, ittifaqın boyunu yeni, yetişmiş talantlı, işçi, kolxozçu gənclərin hesabına artırmalıdır.

Azərbaycan Sovet Yazıçıları İttifaqının partiyamıza və xalq işinə sadiq əsas kollektivi öz nöqsanlarını, özünütənqid atəşinə tutmaqla düzəltməli, döyüş qüvvəsini artırmalı, həmişəkindən daha artıq bir enerji ilə Lenin-Stalin işi uğrunda sosializm kültürü, sovet bolşevik ədəbiyyatı uğrunda çarpışmaq, Böyük Oktyabr revolyusiyasının şanlı XX illiyini yeni əsərlərlə qarşılamalıdır.

Tarix
2016.12.22 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla