Yuxarı

Sonuncu stansiya ayrılıqdır, xanım…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid Nəccari 1989-cu aprelin 15-də Təbriz şəhərində doğulub. Şeirləri İran və Azərbaycanın bir sıra ədəbi dərgilərində mütəmadi dərc olunur.

Dünya Türk Gənc Yazıçılar Birliyinin üzvüdür. "Quşlar vadisi" şeirlər toplusu 2015-cü ildə işıq üzü görüb və Bakı şəhərində “Güney Azərbaycan Antologiyasi” adlı kitabı yaxınlarda nəşr ediləcək.

Axar.az Ümidin şeirlərini təqdim edir:

***

Qələmi əlimdən alsalar belə...
Gecələrin qarasıyla yazaram adını bu şəhərə!
Gecələri əlimdən alsalar belə,
Kül olub közümlə yazaram adını bu şəhərə!

***

Özünü kənarına salıb yatmaq

Atmaq özünü yuxuların qucağına
Bu şəhərin yorğanını başına çəkmək
Yəni...
Köçmək, keçməkdən yaxşı gəlir bu gecə
Nə yaraşır qaranlığa bu kölgə
Kölgəyə bəy paltarı geydirir bu gecə
Yaxanı tut və yaxınlaş
Yaxınlaş və əl uzat güzgüdəki dünyaya
Güzgüdəki sənin saçlarını dara, barmaqlarınla
Güzgüdəki sənin əllərini, tut bir az
Güzgü, yəni səssizlikdə bir az özünə danış
Güzgüdə, nə varsa de özünə
üzünə vur bütün əşyaları sınsın sənliyin
Yuxunu yamsıla
Və gözlərini yum
Yum mənim kimi
Dünyanı yum ovucuna yəni
Yəni necə sevirsən ölüm
Yəni necə sevirsən yaşam

Günəş, otağın lampasıyla yanıb-sönər

Gecələr, ulduzlarıma adını verməyincə parlamaz
Mənimkisi bir kölgədir gövdəsindən xəbərsiz
Mənimkisi bir peyğəmbərdir!
Kitabında Tanrısı, yalqızlığı darıxar
Güpə-gündüz, depressiya adlı birisi
Güzgüdən mənə baxar
Bir oğlan asar, xəyal paltarımı, paltar mıxından
Və kəlmə-kəlmə yatağıma uzanar
Açıb-bağlar telefonunu
Onu sevdiyimi necə söyləyimsə deyə, sıxılar
Hər günümdür qiyamət
Ağzımda, manqaldır dilim
Götür qələmi
Başı bəlalığımı yaz kağıza, sətirlər ağlasın
Elə yaz ki, üzümüz ağ olsun
Kəlmələrimi götür başına
Şeir damğası vur alnıma
Ya sağ əlini çək başıma
Ağlımı, sərçələr uçsun
Vizasız, gözlərindən köçüb
Ürəyinə keçdiyim gündən
Bir gün olmur ki, küçənizdən keçməyəm

***

Önümdən keçirsən

Hər şeydən vaz keçdiyim kimi...

Gözlərimdən keçirsən,

Hər şeyə acıqlı baxdığım kimi...

Necə tutsam da dilimin ucundan sən düşürsən yerə,
Düşürsən...

və minirsən Bakı şəhərinin metrosuna...
Hər vaqondakı oturan qadın sənsən

üz-üzə duran mənimlə,
Hər dəfə sən baxıb, üz çevirirsən,
Hər dəfə sən boşuna, ümidlərimə şans verirsən...
Gəl, nə olar bu şəhərin qaydalarını pozma, xanım!
Ürəyimin üstündən keçmək olmaz,
O taya keçmək üçün keçiddən keçin içimdəki sevgiyə.

Yıxma ürəyimdəki arzu binalarını, xanım, nə olar...
Gəl bir dəfə də, mənim gözlərimdən bax saçlarına,
Gəl bir dəfə də əllərimin yerinə tənhalığı yaşa...
Heç olmasa, bir dəfəlik kölgəm olub düş yerlərə,
Bu əlimdəki kağızdan sil gözlərini.
Sil məndən başqa, nə varsa xəyalından,
Bu stansiya, depresiyadır, xanım.
Ayaq üstə mildən aslanan təkcə adımdır...
Cibimdəki açarlar da heç bir qapının deyil,
Cibimdəki pullar da heç bir ölkədə xərclənəsi deyil,
Qaydaları pozma, xanım...
Qayıt və bir də bax, nə olar!
Hava idarəsi gündə əhvalımı buludludur - deyir...
Gündə səni görürəm günəş yerinə,
Sonuncu stansiya ayrılıqdır, xanım.
Ayrıl! Qaydaları pozmadan,
Ayrıl! Hamı atıb gedən kimi...

Tarix
2016.12.25 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla