Yuxarı

Kaşğari mükafatı alan güneyli yazar: "Ağladım..."

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Qafur İmamzadə 1978-ci ildə İranın Xiyav (Meşkin) şəhərində anadan olub. İsfahan Universitetinin texniki mühəndislik fakültəsində təhsil alıb. Hazırda Xiyavda müəllim işləyir.

Axar.az şair, yazıçı Qafur İmamzadə ilə müsahibəni təqdim edir:

- Qafur bəy, əvvəlcə sizi Türkiyədə keçirilən IV Beynəlxalq Mahmud Kaşğari hekayə yarışmasında birinci yerə layiq görülməyiniz münasibəti ilə təbrik edirəm.

- Çox sağ olun, minnətdaram. Bu xəbərin Azərbaycanda da sevinclə qarşılanması məni sevindirdi.

- Mümkünsə, hazırkı və bundan sonrakı fəaliyyətiniz haqda danışardınız.

- Hazırda ədəbiyyat və dünya fəlsəfəsi üzrə araşdırmalar aparıram. Fəlsəfə ilə ədəbiyyat ayrılmaz dünyalardır. Bunlar mənim ömürlük peşələrimdir. Ədəbiyyatımızda fəlsəfənin izi və iyi yoxdur. Bunu aşılamaq gərəkdir.

- Dünya fəlsəfəsini araşdırdığınızı və bu sahədə çalışdığınızı bildirdiniz. Son illərdə İranda bu mövzu ilə bağlı bir sıra çətinliklər yaradılıb. Bu, sizə mane olurmu?

- Mən bu çətinliklərə əhəmiyyət vermirəm. Sartr, Miqel Dunamu və bu kimi digər böyük mütəfəkkirlər hər şeydən əvvəl insanlığa aiddir. Çətinliklər bu filosofları araşdırmağa əngəl törədə bilməz.

- “Qırmızım” hekayənizi digər hekayələrdən fərqləndirən xüsusiyyət nədir?

- Mən “Qırmızım” hekayəsini yazarkən ağlamışam. Bu qədərini söyləyə bilərəm.

- Demək, siz bu hekayəni dərin hislərlə yazmısınız...

- Elədir. Ömrümün ən dərin və təsirli hislərini ədəbiyyatda gördüm. Ədəbiyyat və fəlsəfə mənim dünyada, qısa ömrümdə ən son xilaskarımdır.

- O hisslərinizi qələmə ala bilmisiniz?

- Çalışıram qələmə alım... Bizdə dil problemi var. Ədəbiyyatımızda bir önəmli problem mövcuddur: farsca oxuyub, türkcə yazmaq. Ortaya çıxan bu ikili fazada önəmli əsər yarana bilmir. Tez bir zamanda bunu həll etməliyik. Ortadakı fərqlilik tezliklə aradan qaldırılmalı, kəlmə fərqliliyi həll edilməlidir.

- Hekayələrinizi qələmə alınmasında həyatınızda baş verən hər hansı bir hadisənin təsiri olubmu?

- Həyat başdan-başa hadisədir. Bəzi məsələlər bizim gücümüz daxilində deyil, amma bəzən elə bu mühitin özündə də bir sıra yüksək səviyyəli əsərlər ortaya çıxır.

- Siz farsca oxumusunuz, təbii, fars dilini də gözəl bilirsiniz. Amma Azərbaycan türkcəsində yazırsınız və gözəl alınır. Fars dilində də yazsanız, belə əsər yarada bilərsinizmi?

- Mən türk dilində çox əsər oxumuşam. Bədii əsərlərimi Azərbaycan dilindən başqa bir dildə yarada bilmərəm. Bu, mənim yaşam şərtlərimlə əlaqədardır. Bizi irəli aparan güclər həyat tərzimizi, fikir sərhədlərimizi, duyğularımızı belə dəyişmək istəyir. Bunu bilmək və görmək dərin, ciddi mütaliə tələb edir. Mütaliəyə səbəb, vaxt, maliyyə vəsaiti lazımdır. Bunlar kasıb bir xalq üçün əlçatan deyil. Fərdi istedadın əsərlər yaratmaqda az-çox təsiri var. Ancaq bizim problemlərimiz bununla həll olunmur.

- Hələlik son olaraq nə demək istərdiniz?

- Arzu edirəm, ədəbiyyatımız, həyatımız, fikir səviyyəmiz dünyanın inkişaf etmiş xalqları səviyyəsinə çatsın. Dostluq, gözəl və səmimi bir həyat arzulayıram hər kəsə.

Tarix
2016.12.27 / 09:17
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla