Yuxarı

Avropada yaşayan xristian türklər - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada yaşayan xristian türklər - Foto

“Qənirə Paşayeva ilə addım-addım Qaqauz Yeri” kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Atatürk Mərkəzində baş tutan təqdimat və imza mərasimində millət vəkilləri, tanınmış yazarlar, QHT, KİV təmsilçiləri, gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin müdiri, millət vəkili, professor Nizami Cəfərov türk dünyasına ünvanlı kitabların yazılmasını və Atatürk adını daşıyan elm-mədəniyyət ocağında belə bir təqdimatın keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Q.Paşayeva Qaqauz Yerinin Azərbaycandan min kilometrlərlə uzaqda yerləşməsinə, qaqauzların başqa dini dünyagörüşünə sahib olmalarına baxmayaraq, onlarla bizi birləşdirən saysız-hesabsız ortaq dəyərlərin olduğuna diqqət çəkib:

“Mən Qaqauz Yerini doğrudan da addım-addım gəzmişəm, o coğrafiyanı, qaqauz ruhunu ruhumla duymuşam və gücüm çatan qədər yazıya almağa çalışmışam. Bu kitab bir akademik nəşr deyil və elmi üslubda yazılmayıb. Kitab üçün məqsədyönülü olaraq mövcud format və üslub seçilib, yəni hər kəsin oxuya, anlaya biləcəyi masaüstü bir kitabdır. Ümumiyyətlə, Qaqauz Yerinin Azərbaycanla, qardaş Türkiyə ilə bağları həm tarixi baxımdan, həm də çağdaş dövrümüzdə diqqətəlayiqdir. Gələcəkdə Komratda da “Addım-addım Azərbaycan” kitabının nəşri planlaşdırılır. Eyni zamanda, Bakıda Qaqauz Mədəniyyət Günlərini keçirməyi düşünürük”.

Sonda qeyd olunub ki, kitab təxminən 250 min qaqauzun - xristian türklərinin yaşadığı doğma Qaqauz Yeri, onların tarixi, mədəniyyəti, məişəti, duyğu və düşüncələri haqqında yığcam bir topludur.

Tarix
2016.12.27 / 14:07
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla