Yuxarı

Adımı siyahıya Heydər Əliyev saldı... – Yazıçı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adımı siyahıya Heydər Əliyev saldı... – Yazıçı

Bu gün qocaman yazıçı Vidadi Babanlının 90 yaşı tamam olur.

Axar.az xəbər verir ki, o, 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyən Vidadi Babanlı Bakıya köçərək “Azərbaycan müəllimi” qəzeti redaksiyasında çalışıb.

O, müxtəlif illərdə “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsində müdir, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, “Yazıçı” nəşriyyatında baş redaktor müavini vəzifəsində işləyib.

“Həyat bizi sınayır”, “Ayazlı gecələr”, “Müqəddəs ocaq”, “Ömürlük cəza” və başqa kitabların müəllifi olan yazıçı daha çox “Vicdan susanda” romanı ilə məşhurdur.

1986-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adını alan Vidadi Babanlı 2001-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Vidadi Babanlı ondan xüsusən iki mövzu barədə tez-tez soruşulduğunu deyir: biri “Vicdan susanda” romanı, digəri fəxri ad məsələsi... Səməd Vurğunun “Vidadini itirmişdik, tapdıq...” dediyi qocaman yazıçı fəxri ad sualını belə cavablandırır:

“Mənə xalq yazıçısı adını verməyiblər. Elə adamlara bu adı veriblər ki, onların da yaradıcılığına baxırsan, öz yaradıcılığına da baxırsan və xətrinə dəyir ki, niyə məni kənarda qoyublar. Mən aşağıları günahlandırıram ki, bu təqdimatlar aşağılardan gedir, onlar gərək təqdim eləsinlər. Bu münasibətdən incimişəm. Camaat da bunu məndən dəfələrlə soruşur ki, niyə diqqətdən kənarda qalıbsan. Mən də deyirəm ki, bilmirəm bunun səbəbini. Məni aşağılarda sevməyənlər var və nəyə görəsə belə edirlər. Heydər Əliyevə Allah rəhmət eləsin. O, mənə Prezident təqaüdü verib. Bu təqaüdün verilməyi də qəribə olub. Siyahı ona təqdim ediləndə soruşub ki, Vidadi Babanlının adı niyə yoxdur? Ondan sonra təqaüd siyahısına mənim də adımı salıblar. 2001-ci ildən Prezident təqaüdü alıram, bu, mənə çox böyük köməkdir”.

Tarix
2017.01.05 / 16:38
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla