Yuxarı

Azərbaycan nəsri Güneydə böyük rol oynayır - Polad

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan nəsri Güneydə böyük rol oynayır - Polad

Elyar Polad 1960-cı ildə Güney Azərbaycanın Xiyav şəhərinin Bicə kəndində anadan olub. İndi Muğan şəhərində yaşayır. Kiçik hekayələri “Xudafərın” və “Azəri" dərgilərində çap edilib. İranda nəşr oluanan kitablardan Aqil Abbasın “Dolu”, Həmid Məhəmədzadənın “Futbolçu” əsərlərini əski əlifbaya Elyar Polad çevirib.

Şair-yazıçı Elyar Poladın Axar.az-a müsahibəsini təqdim edirik:

- Elyar bəy, son zamanlar yaradıcılığınız nə yerdədir?

- Özümü professional yazıçı hesab etmirəm. Sadəcə, maraqlanıram. Hekayə və kiçik sərbəst şeirlər yazıram.

- Oxucularınızla əlaqə saxlayırsınız?

- Oxucular deyəndə ki, virtual dünyamızla əlaqədə olduğum insanlar var. Tehran şəhərində buraxılan “Azəri” dərgisi və “İşıq” saytı ilə yazılarım oxucuların ixtiyarına verilir.

- Güneyli oxucular orada yaranan ədəbiyyata nə dərəcədə maraq göstərirlər?

- Təəssüflə deməliyəm ki, virtual dünyamızın oxucu kütləsinin kitabdan uzaqlaşmasında böyük rolu var. Kitaba maraq azalıb. Gənclərimiz vaxtının çoxunu Teleqram və sairə sosial şəbəkəlardə keçirdiyindən kitab oxumağa vaxtları çatmır. Bu da onların inkişaf etməsinə əngəl törədir.

- Azərbaycanda Güney ədəbiyyatına maraq var və buna bütöv ədəbiyyatımızın tərkib hissəsi kimi baxılır. Bəs güneylilər bizim ədəbiyyata necə münasibət bəsləyir?

- Məncə, Güney ədəbiyyatı Azərbaycan ədəbiyyatından təsirlənir. Özüm orada çap edilən kitabları yerli əlifbaya çevirib burada nəşrə verirəm. İndiyə qədər bir sıra sanballı romanlar burada nəşr edilib. İsmayıl Şıxlının “Dəli Kür”, “Ölən dünyam”, “Ölüləri qəbiristanda basdırın”, Qurban Səidin “Əli və Nino”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, Anarın “Dantenin yubileyi”, Aqil Abbasın “Dolu”, Əkrəm Əylislinin “ Tənha narın nağılı”, Həmid Məhəmmədzadənin “Futbolçu”, Afaq Məsudun “Su iti”, İsa Hüseynovun “Doğma və yad adamlar”, Kamal Abdullanın “Sehrbazlar dərəsi” və s. əsərlər müxtəlif köçürmənlər tərəfindən yayımlanıb. Məncə, Azərbaycan ədəbiyyatı Güney ədəbiyyatının inkişaf etməsində böyük rol oynayır. Burdakı yazarlar orada gedən ədəbi prosesləri maraqla izləyir və ədəbi yaradıcılıqlarında onlardan faydalanırlar.

Tarix
2017.01.12 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla