Yuxarı

Tanınmış şair vəfat etdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış şair vəfat etdi

Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib.

Bu barədə Kulis.az-a mərhumun həyat yoldaşı məlumat verib. O bildirib ki, Camal müəllim ürək xəstyəliyindən əziyyət çəkirdi, gecə yatıb və yuxudan ayılmayıb.

Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirib.

Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub (1972-1990).

Televiziya və Radio Verilişləri Şirkətində Ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyirdi (1998-ci ildən). Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub.

Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Allah rəhmət eləsin.

Tarix
2017.01.16 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla