Yuxarı

Yasına çağır gəlim...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yasına çağır gəlim...

“Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəs 20 yanvar günü Qarabağ savaşına həsr etdiyi şeiri paylaşıb.

Kult.az şairin “Qarabağ müharibəsində itkin düşən dostum XALIQƏ” başlığı ilə yayımladığı şeiri təqdim edir:

Allaha baxmasaydım,
girməzdin yuxuma da!
Torpaq kimi soyuyur -
ən isti, yaxın adam...

Harda itib - batmısan,
hayına çağır gəlim.
Toyuna çağırmadın,
vayına çağır gəlim...

De, necə tapım səni,
nə mərdəm, nə ov iti.
Sənin izin, ünvanın
mənim axırım itib.
Bəlkə veriblər səni
Tanrının yaddaşına?

Mən sənə söz tapşırım,
sən də öz adaşına:
Nə olar, ayırmasın
de, ikimizdən məni!
Getdin?.. sənə yaxşı yol,
gəlməsən, gözlə məni...

Tarix
2017.01.20 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla