Yuxarı

Jül Vernin “Sirli ada”sı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jül Vernin “Sirli ada”sı

1965-ci ilin tufanı. — Səmada qışqırıq səsləri. — Hava şarı. — Yırtılmış örtük. — Dörd bir tərəfdə göz işlədikcə su. — Beş sərnişin. — Qondolada ( hava balonunda, aerostat və dirijabllarda sərnişinlərin oturduğu yer – tərc.) nə baş verib? — Üfüqdə torpaq. — Son.

— Biz qalxırıq?

— Yox, əksinə, aşağı enirik!

Daha pis, Mister Smit, biz düşürük!

Ballastı (tarazlığı saxlamaq üçün götürülən artıq yük – tərc.) tullayın!

Axırıncı kisə boşaldılıb!

Şar qalxdımı?

Xeyr!

Sanki dalğaların şıppıltısı eşidilir!

— Dənizə beş yüz futdan da az qalıb (bir fut - 30,479 sm).

Amiranə səs komanda verdi:

— Bütün ağır şeylərin hamısını borta!

Bu sözlər 1865-ci ilin 23 martında günortadan dörd saat keçmiş Sakit okeanın ucsuz-bucaqsız çöllərində əks-səda verdi.

Yəqin ki, həmin il yaz gecə-gündüz bərabərliyi zamanı qəfil qalxan dəhşətli "nord-ost" (şimal-şərq küləyi) hələ də hamının xatirindədir. O vaxt barometr yeddi yüz on millimetrədək düşmüşdü. Qasırğa azacıq da olsa sakitləşmədən martın 18-dən 26-na kimi tüğyan etdi. O, Amerikada, Avropada, Asiyada, otuz beş dərəcə şimal en dairəsi ilə qırx dərəcə cənub en dairəsi arasında, yəni on səkkiz min mil (bir mil – 1,86 km) enlikdə saya-hesaba gəlməyən fəlakətlər törətmişdi. Kökündən çıxarılmış meşələr, dağıdılmış şəhərlər, yataqlarını aşıb-daşmış çaylar, sahillərə atılmış yüzlərlə gəmi, viranə qalmış zəmilər, minlərlə insan qurbanı – bax bunlar idi fırtınanın nəticələri.

Ancaq müsibət nəinki təkcə yerin və dənizin üzərinə çökmüşdü: səmada da çoxlu faciəvi olaylar baş vermişdi.

Tufanın qamarladığı hava şarı buludların üzəri ilə saatda doxsan mil sürətlə havada fırlana-fırlana uçurdu. Onun qondolasında buludların arasından güclə sezilən, qasırğanın okeanın üstünə qaldırdığı su tozu kimi görünən beş adam var idi. Qəzəblənmiş təbiətin əlində köməksiz oyuncağa çevrilmiş bu aerostat hara uçurdu? O, haradan qalxmışdı?

Zənnimizcə, J.Vernin "Sirli ada"sı ideal kitaba göstərilən ən yüksək tələbləri belə təmin edir: müəllif ağıllı və alicənab olmalıdır; süjet oxucunu elə cəlb etməlidir ki, ondan ayrıla bilməsin; mətn ən yüksək bədiiliyə malik olmalıdır ki, oxu prosesinin özü böyük zövq versin; kitabın əsas ideyası oxucunu yüksək humanist məqsədlərə çağırmalıdır. Kitab onu oxuyanın qəlbində silinməz iz qoymalıdır (mütaliənin ertəsi günü fabulası unudulan detektiv kimi deyil).

Jül Vern (1828-1905) Fransada, liman şəhəri olan Nantada doğulmuşdu. Burada dənizin, gəmilərin özünün ab-havası səyahətlərə, kəşf edilməmiş torpaqlara, macəralara səsləyirdi. J.Vernin atası – vəkil – öz peşəsini oğluna ötürmüşdü, elmə, biliyə məhəbbət də oğluna ondan keçmişdi.

Gənc J.Verni ədəbiyyat, dramaturgiya cəlb edirdi. Hətta belə bir məlumat da var ki, o bir müddət köməkçi ədəbiyyatçı kimi Aleksandr Dümanın məktəbini keçib. Ancaq J.Vernin taleyinin qəti dönüş nöqtəsi 1862-ci ildə onun birinci əsəri "Hava şarında beş həftə" romanının meydana gəlməsi ilə baş verdi. Roman böyük uğur qazandı; 40 il ərzində 70-ə yaxın adda romanlar bir-birini izləməyə başladı. Onun fransız dilindəki əsərlərinin tam külliyyatı 88 cilddir. Ancaq məsələ cildlərin miqdarında deyil. Əsas olan odur ki, J.Vernlə müasir ədəbiyyatda yeni axın, yeni istiqamət – nikbin dünyagörüşlü, yüksək mənəviyyatlı və elmi biliklərin sərhədsiz üfüqlərinə inanan macəravi və fantastik janr doğuldu.

Jül Vernin kitablarının əsas qəhrəmanları – cəsur, yüksək ruhi aləmi olan, nəcib, mədəni, təhsilli, hər şeylə maraqlanan (sözün yaxşı mənasında) insanlardır. Onların köksündə bəşəri ədalət uğrunda mübarizə məşəli yanır – tamahkarlıq, qeyri-bərabərlik, yalan, insan ləyaqətinin alçaldılması əleyhinə atəş alovlanır.

Onun romanlarını ürəklə oxuyan artıq yaramaz ola bilməz. Bax yalnız yazıçının ala biləcəyi ən yüksək qiymət budur. "Sirli ada" ("Kapitan Qrantın uşaqları" və "Su altındakı iyrimi min lyo" ilə birlikdə) ümumi personajların iştirak etdiyi trilogiyanın sonuncu romanıdır. Şübhə yoxdur ki, bu üç roman fransız fantastının yaradıcılığının ən yüksək zirvəsidir. Kapitan Nemo qeyri-adi və romantik obrazdır. Dünya okeanının əsrarəngiz bir guşəsində, yerin vulkanik parçasında kapitanı ilə əbədiyyətə gedən sualtı qayıq "Nautilus" sonuncu dayanacaqda, sualtı mağarada dayandı. Və yerin bu parçasına fırtına insanlarla dolu hava şarı gətirir. Xoşbəxt təsadüf üzündən bu insanlar cənubluların ordusunun əsarətindən qaça biliblər. ABŞ-dakı vətəndaş müharibəsinin iştirakçıları beləcə yeni "Robinzonlara" çevrilirlər: mühəndis Sayrus Smit, onun xidmətçisi zənci Hab, jurnalist Gedeon Spilet, dənizçi Penkrof və gənc Herbert Braun. Kimsəsiz ada ora düşən insanları ibtidai yaşam tərzi şəraiti ilə üz-üzə qoyur. Burada od və alətləri yalnız güc, iradə bahasına, əməksevərlik, zirəklik və idraki qabiliyyət sayəsində əldə etmək mümkündür.

Qarşılıqlı kömək, bir-birilərinin dadına çatmaq, kollektivçilik ruhu onlara yaşamağa və özləri üçün nəinki yalnız məqbul, həm də insana layiq həyat şəraiti yaratmağa kömək edir. Bu insanların birgə zəhmətlərinin bəhrəsi onların ümumi sərvəti olur və elə birgə səyləri də gözlənilmədən başlarının üstünü alan təhlükələrdən qaçmağa kömək edir.

Qocalmış kapitan Nemonun sirri romanın qəhrəmanlarına aşkar olur. Kapitan bitməz-tükənməz bir sərvət sahibidir və onu öz ölkəsinin azadlığı uğrunda mübarizə aparanlara bağışlayır. Ömrünün son illərini adadakı mağaralardan birinə sığınaraq tamamilə tənhalıqda keçirən kapitan ada sakinlərinin kiçik kollektivinin əmək fəaliyyətini müşahidə etmiş və dərin əxlaqi, sosial dəyərə malik qənaətlərə gəlmişdi: "Mən ona görə ölürəm ki, fikirləşirdim ki, tənhalıqda yaşamaq olar". Yaranmış dramatik vəziyyət ada sakinlərinə vətənə qayıtmaq və orada məsləkdaşları ilə hamının bərabər, eynihüquqlu olduğu əmək kommunası yaratmağa imkan verir.

XIX əsrin sonu və XX əsrin əvvəllərində bütün görkəmli ixtiraçı alimlər, səyyahlar, sosial mütəfəkkirlər Jül Vernin elmi-fantastik və sosail fərziyyələrinin qüdrətli və faydalı təsiri altında olublar. Jül Vern və Kemill Flanmarion - dünyamızdakı bilik və xeyirxahlığın gerçək məşəlləridir.

Tarix
2014.04.10 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla