Yuxarı

Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev tərəfindən "Xoca Əhməd Yəsəvi" ordeni təqdim edilib.

Axar.az xəbər verir ki, təqdimat Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutub.

Prezident Ərdoğan mərasimdə etdiyi çıxışda Xoca Əhməd Yəsəvi adına təsis edilən sözügedən nüfuzlu ordenin ilk dəfə özünə təqdim edilməsindən böyük məmnunluq duyduğunu bildirib:

"Bu nişanı Türkiyə Cümhuriyyətinə və millətimizə yüksək bir iltifat olaraq görür və qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığın bugünkü səviyyəsinə çatmasında göstərdiyiniz liderlik üçün sizə, dəyərli qardaşıma təşəkkür edirəm. Rəbbim qardaşlığımızı və məhəbbətimizi daim etsin”.

"Xoca Əhməd Yəsəvi" ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə elan edilib. Bugünkü mərasimlə Prezident Ərdoğan "Xoca Əhməd Yəsəvi Nişanı" təqdim edilən ilk şəxs olub.

Tarix
2026.05.14 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla