Yuxarı

Bilik Fondundan Cocuq Mərcanlıya - Hədiyyə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bilik Fondundan Cocuq Mərcanlıya - Hədiyyə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Cocuq Mərcanlı kəndində tikiləcək kitabxanaya 500 kitab hədiyyə edəcək.

Bu barədə Kult.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan verilən məlumatda deyilir.

Fondun heyəti Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra artıq 190 ailənin doğma yurdlarına köçmək istədiklərini xatırladaraq, kəndi kitabla təmin etməkdən böyük məmnunluq duyduğunu bildirib.

Məlumatda həmçinin ordumuzun aprel döyüşlərindəki qəhrəmanlığından, strateji Lələ təpə yüksəkliyinin azad olunmasından söz açılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamında deyilir:

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın”.

Tarix
2017.01.27 / 14:11
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla