Yuxarı

Neçə ildir evliyik, hələ də...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neçə ildir evliyik, hələ də...

Kult.az gənc şair Elşən Mehdinin şeirlərini təqdim edir:

1985, bir ev - köhnə, balaca

Pəncərə şüşəsində güzgülənən bir qoca

Resepti dilucunda dua kimi oxuyur

Dərman qutularını qızıl kimi qoruyur

O inanmır öləcək, o inanmır qocalır

Hələ bir ay sonraya kinoya bilet alır.

Arada qarışdırır köhnə şəkil qutusun

İki əlli qaldırır sovetin daş ütüsün

Köynəyinin qolları əlinə silgi gəlir

Şəkildəki cavanın üzünün tozun silir

Yağış döyür çardağın, dizləri sızıldayır

İndi elə yaşdadır, susamır, çaysızlayır.

Mən sənin rəfiqənəm

Mən sənin yorulanda

Ayağınam, əlinəm

Neçə ildi evliyik

Hələ də sevgilinəm

Küsəndə qoca baban

Ağlayanda qardaşın

Evə qonaq gələndə

Əziz həyat yoldaşın

Kölgəyəm başın üstə

Səhərədək dayanan

Darıxanda atanam

Xəstələnəndə anan

Deməyə çəkindiyin

Sözün olsa, qəfildən

Gözünü yum danışaq

Mən də sənin rəfiqən

Qızım, anana de ki...

Qızım, get anana de ki,

Atam dünən əsəbiydi.

Sənə olan qısqanclığı

Sevgisinin səbəbiydi.

Qızım, get anana de ki,

Atam təmiz cana doyub.

Maaşdan böyük kredit

Bir tərəfdən kapitalizm,

İşdə müdir, küçədə it

Get ona de bağışlasın,

Pulum yoxdu gəzmək üçün.

İki zərbə gücüm qalıb

Gecə milçək öldürməyə,

Gündüz soğan əzmək üçün.

Hələbdən Yerusəlimə qədər..

Çəkin ayağımızdan,

Qurulan tələləri.

Dünyamızı qaytarın,

İblisin kölələri.

Yalançı vicdanınız,

sülh bağırır arada

Lənət olsun sizə də,

Atom silahına da.

Körpələrin harayı

göy üzünə çəkilsə

Nə məscid kömək olar,

Nə monastır, nə kilsə.

Alqış səsləri ilə

oyanasan ki səhər

Gül düzülüb Hələbdən

Yerusəlimə qədər.

Eyni dünya

Bir ümid doğulur Kanadanın hansısa qəsəbəsində

İngilis azarkeş ağlayır bu dəqiqə

Londonun mərkəzi binasının səkkizinci mərtəbəsində

Norveçli yazar mövzu axtarır Himalay dağında

Hind gözəli dilənir bu dəqiqə məscidin qabağında

...uşağı qucağında

Elə bu dəqiqə afrikalı həmvətənlərim üçün darıxıram

Mən də onlarla eyni planetdənəm

eyni aya baxıram... darıxıram.

Tarix
2017.01.31 / 01:21
Müəllif
Elşən Mehdi
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla