Yuxarı

Türkiyədə Şəhriyarın yubileyi keçirildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Şəhriyarın yubileyi keçirildi - Foto

Türkiyədə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Kult.az xəbər verir ki, İstanbul Universitetində keçirilən tədbiri giriş sözü ilə İstanbul Türk Ocaqları başqanı Cezmi Bayram açıb. Bildirib ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqı ilə bərabər, bütün türk dünyası tərəfindən sevgi və təqdirlə qarşılanıb.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva Şəhriyarın yaradıcılığından geniş bəhs edib, bildirib ki, türk gəncliyinin Şəhriyarı öyrənməsi, bilməsi lazımdır. Şəhriyarın həm də böyük ziyalı olduğunu vurğulayan millət vəkili Q.Paşayeva onun “Azərbaycan”, “Türkün dili”, “Heydər babaya salam” əsərlərindəki böyük vətən, millət, dil sevgisini xüsusi qeyd edib. Rəhbərlik etdiyi təşkilatın ustad Şəhriyarla bağlı qardaş Türkiyənin bir sıra vilayətlərində də silsilə tədbirlərin təşkilinə dəstək verdiyini deyən millət vəkili Q.Paşayeva ustadın oğlu Hadi Behcət Təbriziyə təşəkkürünü bildirib.

Tədbirin təşkilatçılarından İstanbul Universitetinin ədəbiyyat fakültəsi dekanı Hayati Develi, Türkiyə Kültür və Turizm Nazirliyinin rəsmi nümayəndələrinin çıxışlarından sonra tədbir panellərlə davam edib. Azərbaycan Yazçılıar Birliyinin Cənubi Azərbaycan bölümünün rəhbəri Sayman Aruz, Yazgül Abdiyeva, prof. dr. Məhəmməd Nur Doğan, dr. Yusif Gədikli, şair Əli Ağbaş və digərləri Şəhriyarın yaradıcılığı ilə bağlı geniş mərizə ilə çıxış ediblər.

Ustadın yadigarı Hadi Behcət Təbrizi çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək Şəhriyar yaradıcılığında vətənpərvərlik, insanpərvərlik mövzusunda fikirlərini bölüşüb. XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çox cəhətli yaradıcılığından danışan Hadi Behcət Təbrizi onun Azərbaycan və türk ədəbiyyatındakı rolu barədə geniş fikirlərini bölüşüb.

Tədbirdə Təbrizdən və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş dəyərli sənətçilər şairin şeirlərini oxuyub, onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.

Tarix
2017.02.01 / 15:15
Müəllif
Kult.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla