Yuxarı

O nəhəng insanlar... - Kamal Abdulla

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
O nəhəng insanlar... - Kamal Abdulla

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA Alimlər Evinin təşkilatçılığı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ilə görüş keçirilib.

Report xəbər veir ki, görüşü AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb.

O bildirib ki, Alimlər Evi bundan sonra sistemli şəkildə elm xadimləri, görkəmli Azərbaycan ziyalıları ilə AMEA-nın elmi ictimaiyyətinin görüşünü təşkil edəcək. K.Abdulla yaradıcılığına böyük marağın olduğunu qeyd edən akademik onun əsərlərinin rus, fransız, ingilis, türk, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini söyləyib. Akademik vurğulayıb ki, dünya K.Abdulla “Yarımçıq əlyazma” əsərini böyük maraqla qarşılayır və əsər dünya oxucusu tərəfindən qəbul olunur.

K.Abdulla deyib ki, o, nəinki müəllimlərindən, hər zaman tələbələrindən də öyrənməyə çalışıb: “Özümü hər zaman öyrənməyə hazır insan kimi tanıyıram. 190 nömrəli məktəbi bitirmişəm. Mənim həyatımda bu məktəb bütövlükdə bir rol oynayır. Biz əzib tökməklə yox, nəvazişlə nəhəng insanların çiyninə çıxmağı bacarsaq, onlar bizə yol göstərəcək və qoruyacaq".

Sonra K.Abdulla elmi və ədəbi yaradıcılığının əsas istiqamətləri, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilk elminin nəzəri məsələlərinə dair tədqiqatları, həmçinin müxtəlif janrda yazdığı bədii əsərləri haqqında danışıb.

Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkədə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik Kamal Abdulla hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söyləyib. O bildirib ki, ümummilli liderin siyasi xəttini öz fəaliyyətində əsas götürən prezident İlham Əliyev bu ənənələri davam etdirərək Azərbaycan multikulturalizminin dəyərlərini dünyaya təqdim edir. Eyni zamanda dünyadakı multikultural proseslərdən Azərbaycanda faydalanmağın şərtlərini önə sürür.

Görüşdə türkoloq alim Aydın Ələkbərov, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov da çıxış edib.

Qeyd edək ki, görüş çərçivəsində K.Abdullanın əsərlərindən ibarət sərgi təşkil olunub.

Tarix
2017.02.03 / 15:26
Müəllif
Kult.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla