Yuxarı

Bir maşın saxlayıb “otur, aparım” deyir

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir maşın saxlayıb “otur, aparım” deyir

Kult.az gənc şair Orxan Saffarinin yeni şeirlərini təqdim edir:

Yadımdadır...

Məni tərk edəndə belə, tək getməmişdin sən

Bir qucaq sevgi aparmışdın

Bir qucaq ümid qoparmışdın...

Gözlərimin içinə qədər yalnızlıq

dolmuşdu bədənimə

Ruhum hüznlü simfoniyalara köklənmişdi

Bir az da xroniki ağrılarım vardı

Yadımdadı...

Bir də səndən sonra mənə

bir qucaq not ayrılıq qaldı....

İndi birgə dinlədiyimiz mahnılar da

cənazə marşı kimi çalınır elə bil

Sonuncu məsləhət gördüyün kitabın da

ilk cümləsində sən varsan

Bilirsən, indi mənim

“yaxşı ki, varsan” deyən vaxtımdı

Amma baxıram... baxıram – böyük bir yoxsan...

Çörəkçi qadın

Hər səhər azan səsinə oyanır,

Övladını qucaqlayıb yatan o çörəkçi qadın!

Sanki xəmir iyi verən saçlarında gizlənib

təndir çörəyinin qıraqları tək qızaran,

yanan illəri...

O daha çox yoğrulub

ərinin onu atdığı illərdə

İndi unlu paltarı daha aydın sezilir

qaranlıq gecələrdə...

Hərdən öz qadınının yanından

yenicə duran bir maşın sahibi də saxlayır

“Otur, aparım” deyə...

Amma tələsir, qaçır, çörəkçi qadın

Hələ təndirə yapılacaq nə qədər çörəyi var,

Siz ki onu tanımırsız hələ

Deyim sizə:

Onun dırnaqlarının qırağında

xəmir quruyan zərif əlləri var...

Ata gedişi

Hərdən çox tez gedir atalar

Özü qocalmamış

Sən böyüməmiş

Hərdən bütün dərd-kədəri görür atalar

Bəzən bir şad gününü belə görməmiş...

Hərdən qabar-qabar olur atalar

Bəzən qəddi bükülmüş

Əslində atasından sonra bilir insan

Adamlar necə də asan ölürmüş...

Fəsadı pis olur bu gedişlərin

Bir ana oğulsuz,

Bir qadın başsız qalır

Bəzən özünə doymadıqlarımız

Bir ömür divardan asılı qalır...

Çıxarıb atmaq da olmur kənara

Eləcə zillənib şəklə baxırsan

Görürsən nə arxan, nə dayağın var

Sükutu dinləyirsən

Dayanıb ömrün üstündə...

Tarix
2017.02.04 / 08:45
Müəllif
Kult.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla