Yuxarı

Rafiq Tağı bunları 19 yaşında yazıb - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafiq Tağı bunları 19 yaşında yazıb - Foto

Mərhum yazıçı Rafiq Tağının qardaşı İlqar Tağı onun 11 yanvar 1969-cu ildə Masallı rayonunun “Çağırış” qəzetində yayımlanan iki şeirini rəsmi Feysbuk səhifəsində paylaşıb.

Kult.az xatırladır ki, Rafiq Tağı həmin şeirləri 19 yaşında qələmə alıb.

Şeirləri təqdim edirik.

Bizim dağlar

Dərin uçurumlar deşib torpağı,

Az qala quşun da gözü qaralsın,

Dərələr dağ boyda çönüb aşağı,

Çönüb ki, qayalar, dağlar ucalsın.

Təpələr uşaq tək boynunu büküb,

Dərələr torpağın qırışlarıdır.

Sükutun bağrına sancılıb durub-

Dağlar babaların başdaşlarıdır.

Burada aynası var hər bir qayanın,

Budaqlar haradansa qopub sürüşüb.

Sanki qaranəfəs olmuş ceyranın,

Gözləri daşların içinə düşüb.

Yorğun yolçular tək verib diz-dizə,

Buludlar dağların dərdi, qəmidir.

Kollarda su içir, düşüb həvəsə,

Bulaqlar su dolu sərnic kimidir.

Çaylar tər içində cumur qabağa,

Köpüklər elə bil quzey qarıdır,

Necə də çırpılır dəyir torpağa,

Daşlar dağ çayının yumruqlarıdır.

Dağlar başında nədir ağaran?

Soyuq fikirmidir, günəş əridir?

Hər qaya altında yatan mağara,

Dağların havalı ciyərləridir.

Təpələr uşaq tək boynunu burub,

Dərələr torpağın qırışlarıdır.

Sükutun bağrına sancılıb durub-

Dağlar babaların baş daşlarıdır.

Günəşlə gəzintidə

Qarşımda uzanır mavi üfüqlər,

Torpaq səma ilə öpüşür sanki,

Sanıram zəmilər bağlayıb kəmər-

Yollar üfüqlərlə görüşür sanki.

Gəzməyə çıxmışam günəşlə bu gün,

O, göydən ayrılmaz, mən isə yerdən...

Duyğumu ovlayıb göllər büsbütün,

Gözəllik önündə lal olmuşam mən.

Kəhrəba zəmilər sanki bir Xəzər...

Şəfəqlər parlayır orada zər kimi.

Başını aşağı dikib sünbüllər

Həyalı, utancaq gözəllər kimi.

Qocaman taxılçı qalxır ayağa,

Ürkək buludlara dikir gözünü,

Sərnici, heybəni qoyub qırağa,

Qızılı dənizə vurur özünü.

Ömrünün çoxunu burda itirib-

Əməksiz günləri qatmır yaşına,

Səhəngdə bir parça bulaq gətirib,

Necə də həvəslə çəkir başına.

Torpağa baş qoyub yatır zəmilər,

Elə bil tarlalar ütülənibdir.

Əməkdən yorulmaz onun kimilər,

Əlləri zəhmətə itilənibdir.

Zülməti silərək kirpiklərindən,

Çox zaman çöllərdə açıb səhəri.

Onun zəhmətini duyub dərindən,

Torpaqda borcunu qaytarır geri.

Qeyd edək ki, Rafiq Tağı 23 noyabr 2011-ci ildə bıçaqlanaraq öldürülüb.

Tarix
2017.02.25 / 15:08
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla