Yuxarı

Yəhudiləri Tövrat xilas etdi, bizi isə...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsinin 25-ci ili də arxada qaldı... Amma o ağrı-acı əbədi olaraq iliklərimizdədir. Faciəmizi dünyaya təkcə siyasətçilərimiz deyil, həm də yaradıcı insanlarımız tanıtmalıdır. Təəssüf ki, 25 il keçməsinə baxmayaraq, Xocalı soyqırımını dünyaya tanıda biləcək bədii əsər, film yaranmır.

Məlumdur ki, dünyada müharibə haqda ciddi film, bədii əsər nümunələri var. Məsələn, “Şindlerin siyahısı”, “Pianoçu”, əsər olaraq “Hərb və Sülh”, “Qərb cəbhəsində yenilik yoxdur” və s.

Qarabağ və Xocalı hadisələri yəhudi qətliamından geri qalmadı. Amma dünya bunu təsdiqləmir. Sizcə, səbəb nədir? Doğrudanmı, bizdə ciddi, bəşəri, pafosdan uzaq əsərlər yaranmır deyə, dünyaya müharibə haqqında heç bir sənət nümunəmiz çıxmır?

Kult.az-ın bu sualına şair Aqşin Yenisey və tənqidçi Əsəd Cahangir cavab verdi.

Aqşin Yenisey Holokostun dünyada tanınmasında sadə yəhudi xalqının böyük rol oynadığını bildirdi:

“Holokost və Xocalı faciələrinin tarixi səbəbləri fərqli olduğu üçün dünyanın bu faciələrə münasibəti də fərqlidir. Dünya Holokostu nə üçün soyqırım kimi tanıyır? Ondan başlayaq ki, 1933-cü ildə hakimiyyətə gələn Hitler faşizmi almanları ali irq adlandırdı və onları aşağı irq hesab etdikləri yəhudilərin təhdid etdiyini söyləməyə başladı. Sözsüz ki, bunlar qırğın üçün uydurulan mif idi, əsas məsələ yəhudliləri Avropada maliyyə dövriyyəsindən çıxarmaq idi. 20 yanvar 1942-ci ildə Berlində faşistlərin konfransında “Son çarə” deyilən bir ideya ortaya atıldı ki, bu da Avropadakı yəhudiləri son nəfərinəcən məhv etmək planı idi. Müharibə illərində bu plana uyğun olaraq, Avropada 1,5 milyonu uşaq olmaqla, 6 milyon yəhudi öldürüldü, bu da qoca qitədəki yəhudilərin üçdə ikisi demək idi. Yəni Holokostun arxasında irqçilik siyasəti dayanırdı. Xocalıda da ermənilər buna yaxın bir soyqırım ediblər; şəhərdəki bütün Azərbaycan türklərini uşaqlı-böyüklü, arvadlı-kişili qırmaq, etnik təmizləmə aparmaq. Nəzərə almaq lazımdır ki, yəhudilər Holokosta kimi tarixdə iki dəfə də bu cür kütləvi şəkildə məhvolma siyasəti ilə üzləşmişdilər; Misirdən və Yerusəlimdən qovulanda. Hər iki qovulmada onları Tövrat xilas etmişdi. Holokost zamanı isə onlar dünyanın bir çox iri dövlətlərində məskunlaşmışdılar və başlarına gətirilən müsibətləri dünyaya çatdıra bilirdilər. Holokostun bu gün bütün dünyada tanınmasının əsas səbəblərindən birini yəhudi xalqının öz taleyini hekayələşdirmək istedadında axtarmaq lazımdır. Əgər siz Holokostdan bəhs edən “Ölümün nəfəsi” adlı filmə baxsanız, orada qaz kameralarında öldürülən yəhudilərin Tövratdakı hekayətlərə necə sığındıqlarını görərsiniz. Bu hekayətlər həmişə onlara gələcəklə bağlı ümid verib. Bizim xalqın belə istedadı yoxdur, görünür, ya faciələrimiz çox az olub, ya da biz xilası “qara günün ömrü az olar” kimi kiçik həcmli və başdansovdu təsəllilərdə tapmışıq. Holokost qurbanlarının sayı isə o qədər çox idi ki, təkcə XX əsrdə Nobel mükafatı alan müəlliflərin, bəlkə də yarısı bu və ya digər şəkildə Holokostun iştirakçısı olmuş yəhudi ailələrinin övladlarıdır. Öz tarixini sənətə çevirmək hər xalqın bacardığı iş deyil. Biz istəyirik ki, dünya Xocalını faciə kimi qəbul eləsin, amma unuduruq ki, dünya Holokostu hər şeydən əvvəl roman və kino kimi qəbul edib. Bu gün dünyada Holokost faciəsi, az qala, film janrı kimi ayrıca bir cərəyandır. Bu gün Holokostun gücü sənətə çevirilmiş tarixin gücüdür! Biz isə sənətin gücünü kababdan və araqdan sonra hiss edirik, o da əsasən muğamat şəklində”.

Əsəd Cahangir problemin mentalitetdən qaynaqlandığını dedi:

“Bizim bugünkü ədəbiyyat, tarixi ardınca aparacaq gücə malik deyil. O, tarixin ardınca qaçır. Ona görə gərək qələbə çalınsın ki, Xocalı haqda nəsə yazılsın. Yazıçı o mövzuya toxunmağa utanır. Çünki orda Azərbaycan xalqının utanc yerləri var, tapdalanmış namus var, itirilmiş qeyrət var...

Məsələn, azərbaycanlı yazıçı necə yazsın ki, əsir düşmüş qız-qadınlar Livan və Suriya ermənilərindən hamilədir. İngilis, fransız, rus, xüsusən də erməni bu barədə utanmadan yaza bilər, bütün dünyanı köməyə çağırar. Amma Azərbaycan yazıçısının mentaliteti buna imkan vermir. Bizim xalqda ermənilərdə olmayan bir qafqazlı qüruru var. O qürur Xocalı, ümumən Qarabağ haqda ürəkdən yazmağa imkan vermir. İnşallah, Qarabağı alacağıq, qələbədən sonra bu mövzuda gözəl əsərlər yazılacaq. O qələbədən sonra müvəqqəti məğlubiyyətimizdən yazmaq artıq utanc gətirməyəcək”.

Tarix
2017.03.07 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla