Yuxarı

Şair pulları yerə səpirdi, xanımı üstündə yeriyirdi...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şair pulları yerə səpirdi, xanımı üstündə yeriyirdi...

Məsələn, o vaxt hər rayon katibinin qarşısına, ən azı, ayda bir dəfə bir şairi çağırıb kolxozçularla görüşünü keçirmək öhdəliyi qoyulmuşdu. Səməd Vurğun Cəlilabadın Səfərəliyev kolxozunda görüşə dəvət olunurdu və o dövrün katibi Qurbanov yoldaşın vəzifə borcu idi ki, şairi geri qayıdanda əli və cibidolu yola salsın. Şair də evə qayıdıb pulları otağa səpirdi və xanımını o pulların üstündə yeridirdi.

Kult.az xəbər verir ki, bu sözləri hazırda Türkiyədə yaşayan şair Aqşin Yenisey son yüz ildə Azərbaycanda ədəbiyyatın ictimai-siyasi imtiyazlar mühitində yaradıldığı iddiasını təsdiq etmək üçün qeyd edib.

O vurğulayıb ki, bunu şairin öz oğlu rəhmətlik Vaqif Səmədoğlu danışıb:

“Kolxozdan əlidolu qayıdan şair bu “ənamla” aylarla məişət azadlığı içində yaşayırdı. Bu, əlbəttə, doğru yol deyildi. Sadəcə, sovet hökuməti sənət adamlarına azad rəqabət və azad yaradıcılıq mühitini qapadığı üçün onları öz himayəsinə götürmüşdü. Bu gün gənc yazarları tüfeyli həyat sürməkdə tənqid edirlər. Sual verirəm, bu gün imzası tanınan hansı tüfeyli gənc yazar ictimai imtiyazlar mühitində yetişmiş rəhmətlik Qabildən, Cabir Novruzdan, Nəbi Xəzridən istedadsızdır? Yalnız istedad hesabına ədəbiyyat yarada bilən bircə şair və yazıçı adı çəkin sovet ədəbiyyatında? Bu gün tüfeyli yaşasa da, hansı gənc yazar yaxşı yaşamaq üçün hökumətə yaltaqlanır? Bu və ya digər işinə görə hökumətə yaltaqlanmayan və rahat yazıb-yaradan bircə dənə sovet şair və yazıçısının adını çəkin. Bu gün tüfeyli gənc yazarın yaltaqlığı ancaq odur ki, dil açıb iş istəyir, sovet şairi kimi evinin təmiri üçün dövlət başçısının qabağında əzilib-büzülmür. Bu gün tüfeyli gənc yazara harda azad yaradıcılıq və rəqabət mühiti yaradılıb ki, o, bu mühiti buraxıb gedib araq içir? Hansı sovet yazıçısı, şairi arağa pul vermirdi, öz cibinin puluna ədəbiyyat jurnalı, məsələn, “Alatoran”, “Yazı” çıxarırdı? Sovet yazıçısı özünə mənzil, avtomobil (avtomobil e, a kişi!) ad, titul almaq üçün hökumətin dediyini yazırdı, bu günün gənc yazarı bunu etməmək üçün tüfeyli həyata məhkumdur. Nəhayət, o qədər imtiyazların qarşılığında hansı sovet yazıçısı, şairi Azərbaycan ədəbiyyatını dünyaya çıxardı ki, siz indi tüfeyli gənc yazardan dünya ədəbiyyatına çıxmasını tələb edirsiniz? İnsafınız yoxdursa, bunu, heç olmasa, ört-basdır edin”.

Tarix
2017.03.26 / 22:37
Müəllif
Kult.az
Digər xəbərlər

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla