Yuxarı

Nizami poema yox, roman yazıb - Tənqidçidən şok

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nizami poema yox, roman yazıb - Tənqidçidən şok

Bu gün filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, tədbirdə Qulu Məhərrəmli, Qəşəm Nəcəfzadə, Kənan Hacı, Məti Osmanoğlu və digər ədəbiyyat nümayəndələri iştirak ediblər.

İlk dəfə təqdimat keçirdiyini bildirən İradə Musayeva kitabın özəlliyindən danışıb: "Həyatımda ən xoş, fərəhli günlərdən birində yanımda olduğunuz üçün təşəkkür edirəm. 724 səhifəlik bu kitab ən çox sevdiyim kitabdır. Çünki bunu daha böyük ağrı ilə yazmışam.

Bu, ədəbi prosesin içində bütün varlığı ilə mücadiləyə qalxmaq istəyən bir müəllifin kitabıdır. Əslində, bütün kitablar ağrıdan yazılır. Hamımızın gülüb, zövq aldığımız "Molla Nəsrəddin" də ağrıdan yazıldı".

Müəllifin sözlərinə görə, nə qədər modern olsaq da, içimizdə Azərbaycan insanının obrazı var: "Mənim yazmaq istədiyim və yazdığım nə varsa, məhz Azərbaycan insanının düşüncəsinə, zərrə qədər də olsa, təsir etmək məqsədi daşıyır.

Kitaba daxil olan istənilən məqalədə, hətta məlum məsələlərə də yeni gözlə baxmaq istəmişəm. Nizami Gəncəvinin poema yox, romanlar yazdığını, Nəsiminin ədəbiyyatşünaslıqda yanlış tədrisi, təbliği, tədqiqini faktlarla sübut etməyə çalışdım.

Həmid Araslıdan üzü bu yana demək olar ki, bütün kitablarda Məhəmməd Füzulinin "Leyli və Məcnun"unda qadın hüquqsuzluğundan söhbət açılır. Görün nə qədər yanlışlığa yol veririk. Kitabda bu problemə də öz münasibətimi bildirmişəm".

Kitabın sonuncu fəslində İradə Musayevanın xeyli sayda müsahibələri çap olunub ki, əslində, bu ədəbi söhbətlərin də mətni sırf ədəbiyyat və ədəbiyyatşünaslıq problemlərindən bəhs edir.

Tədbirdə çıxış edənlər kitabı ədəbi tənqid nöqteyi-nəzərindən yüksək qiymətləndirib, onun ali məktəblərin filologiya fakültələrində dərs vəsaiti kimi istifadə oluna biləcəyini qeyd ediblər.

Tarix
2017.04.07 / 14:11
Müəllif
Kult.az
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla