Yuxarı

Azәrbaycan aliminin monoqrafiyası qırğız dilindә

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azәrbaycan aliminin monoqrafiyası qırğız dilindә

Bаkı Slavyan Universitetinin elmi katibi, jurnalistika fakültəsinin dosenti, filologiya uzrə fəlsəfə doktoru Dürdanə Fərmanın (Tahirova) "Rus və Azərbaycan şəhər nəsrinin poetikasi (Y.Trifonov və Anar yaradıcılığı əsasında)" adlı monoqrafiyası qırğız dilinə tərcümə edilir.

Kult.az xəbər verir ki, Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə olunan monoqrafiya tərcümə olunduqdan sonra rus və qırğız dillərində ayrı-ayrı kitab şəklində nəşr ediləcək.

Qırğızıstanın elmi mühitində böyük marağa səbəb olan monoqrafiyaya Qırğızıstanın bir sıra tanınmış filoloq-alimləri rəy yazıb. Monoqrafiyaya rəy yazanlar arasında Qırğızıstan MEA vitse-prezidenti akademik Abdıldacan Akmataliyev də var. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyevdir. Fond öz mövqeyinə sadiq qalaraq kitabların pulsuz yayılmasını nəzərdə tutur.

Tarix
2017.04.10 / 16:40
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla