Yuxarı

Bəxtin qürbət adlı sürgünlərində... - Afaq Şıxlı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəxtin qürbət adlı sürgünlərində... - Afaq Şıxlı

Kult.az Moskvada yaşayan azərbaycanlı şair Afaq Şıxlının “Bəxtin qürbət adlı sürgünlərində” şeirini təqdim edir:

Başını dik tutub elə yaşa ki,

Hər kəs səndəkini dəfinə bilsin!

Nə dostlar üzülsün çətinliyinə,

Nə də ki, düşmənlər sevinə bilsin.

Ağrıyan belini əymədən yeri

Nə qədər gəlsə də üstünə həyat,

Yorğunluq sıxsa da çiyinlərindən

Ağrı-acıları misralara at.

Qamqalaq edərək arzularını

Yolunda od çatsa xəbis adamlar,

Yansa da ayağın, şux tut özünü

Elə düşünsünlər, qanadların var.

Həsrətin əliylə qapa gözünü

Məhəbbət zamansız qismət olanda.

Şaxtaya, borana şeirlər oxu

Bir günəş nuruna həsrət olanda.

İsti yaşlarını görən olmasın

Qəmli günlərində, dar günlərində.

Desinlər, necə də xoşbəxt yaşayır

Bəxtin qürbət adlı sürgünlərində.

Həmişə ulduz ol, həmişə parla,

Arxanca sürünsün qoy acıdillər!

Başını dik tut ki, şair ömrünün

Dəhşət olduğunu düşünməsinlər!

Tarix
2017.04.27 / 01:07
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla