Yuxarı

Qeyrət keşikçilərinin nəzərinə: Roman 18+

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cəsarətli romana hazırdırmı? Cəsarət deyərkən nə nəzərdə tuturuq? Kiminçünsə “cəsarət” həqiqətin gözlərinin içinə qorxmadan baxmaqdı, kimiçünsə “cəsarət”, sadəcə, insan adından başqa bir şey deyil. Keçmiş tele-radio aparıcısı Cavid Osmanova görə isə cəsarət “ən real” romanının müəllifi olmaqdır.

Cənab Osmanovun “MediaMən” romanını rəsmi təqdimatdan öncə oxuduğumuz üçün belə qərara gələ bilərik.

“MediaMən” romanı, öz kompleksləri içində boğulan cəmiyyətimizə səhrada susuzluqdan əziyyət çəkən yolçuya bir qurtum soyuq su kimi təsir edə bilər. Eyni zamanda, sözügedən roman isti evində, sevdiyi divanının üzərində oturan bir şəxsin başına tökülən buzlu su kimi də reaksiya doğura bilər. Yəni: Şok! Bəli, “MediaMən” romanını məhz bu ifadə ilə xarakterizə etmək olar.

Romanda ölkəmizdəki jurnalistikanın bugünündən də bəhs olunur. Bu sahədə müşahidə olunan və çoxlarımızı qıcıqlandıran qeyri-peşəkarlıq romanda qabarıq formada əksini tapıb. Misal olaraq, gənc, jurnalist olmaq istəyən Mirzənin sayt redaktoru Asiman Əzənlə söhbətindən bir parça göstərək:

“Sən bildin ki, oxucularımıza yalnız bir mövzu maraqlıdır – seks və dolayısıyla seksə gətirən mövzular. Bəli! Azərbaycanda yalnız bu mövzu nəticə verir. Gənc şairlər milyon şeir yazır, vecinə alan da olmur. Kimsə erotik məzmunlu şeir yazır ... və artıq bu faktın özü həmin şairi xəbərlərdə tanıdır: “Gənc şair erotik şeir yazdı” +18. Vəssalam. İşlər hazırdı”.

“MediaMən” romanı hamımızın həyatda hər gün rastlaşdığı xoşagəlməz məqamları güzgü kimi özündə əks etdirir. Ümumiyyətlə, incəsənət nədir? O cəmiyyətin güzgüsüdür! Qanadlandırırmı “MediaMən”? Yox, düşündürür.

Cavid Osmanovun bu əsəri savadsız, öyrənmək istəməyən, lakin özündən çox razı olan gənclərimizin nöqsanlarını açıqca üzlərinə vurur. Bu, sanki illərlə yığılan səbir kasasının daşmasının məntiqi nəticəsinə bənzəyir.

Çoxlarınız üçün roman ilk səhifənin ilk cümləsindən aydın olacaq – “Döyüşçü klubu” əsəri ilə dünyanı bir-birinə vuran yaraşıqlı düha Çak Palanikin romanlarında olduğu kimi: siz elə ilk səhifədən müəllifin köməkliyi ilə özünüz üçün qərar verəcəksiz, oxumağa dəyər, ya yox.

İstənilən halda roman bu günümüzü, öz zarafatları, yalanı, acısı, sevinci, savadsızlığı, problemləri, varlı-kasıb münasibətləri, ata-oğul anlaşılmazlığı, rus və azərbaycan təməyüllülilərinin konflikti ilə əks etdirib.

Seksin təbliğatı varmı kitabda? Yox. Seks səhnələri varmı? Var, özü də çox. Gənclərimizi pozacaq bir şeylər varmı? Kitabda elə şey yoxdur ki, onu istənilən gənc internetdən tapa bilməsin. Əsas problem odur ki, “namus-qeyrət keşikçilərinin” nəzərinə görə, 18 yaşında əsgər gedib Vətəni qorumaq olar. Vətən uğrunda ölüb və öldürmək üçün tez deyil. 18 yaşlı xanımların məktəbi bitirən kimi ərə getmələri və ana olmaqları tez deyil, amma +18 yazısı olan kitabı oxumaq üçün hələ çox tezdir. Ola bilərmi belə?

Kitab heç vaxt təcavüz etmir! Kitaba təcavüz olunur. TV, radio, filmlər, cəmiyyətin özü təcəvüz edir, lakin kitab heç vaxt!

Qarışıq təəssürat yaradan söyüşlü, açıq-saçıq, lakin real yazılan “MediaMən” çox güman ki, türk serialları kimi - sevgi dolu roman - olmadığına görə heç bir mükafat ala bilməyəcək. Amma müəllif üçün hansısa mükafat oxucunun rəğbətindən vacib ola bilməz!

Cavid Osmanovun “MediaMən” kitabının təqdimatı, 4 may, saat 19:00-da “Gallery Art Caffe”də baş tutacaq.

Tarix
2017.05.02 / 16:20
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla