Yuxarı

Sən də bir an keçmişdə ol... – Elyar Polad

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sən də bir an keçmişdə ol... – Elyar Polad

Elyar Polad 1960-cı ildə Güney Azərbaycanın Xiyav şəhərinin Bicə kəndində anadan olub. Hazırda Muğan şəhərində yaşayır. Kiçik hekayələri “Xudafərin” və “Azəri” dərgilərində çap edilib. İranda nəşr olunan kitablardan Aqil Abbasın “Dolu”, Həmid Məhəmədzadənin “Futbolçu” əsərlərini əski əlifbaya çevirib.

Güneyli şair Elyar Poladın Kult.az-a göndərdiyi şeirlərini təqdim edirik:

Yol gedirəm

dayanıram

boylanıram

hər bir kərpic

hər bir döngə

keçmişlərdən bir vərəqdir bu günlərə

canlı şahid söz açaraq dərs söyləyir

tarix boyu olaylardan danışaraq

ayıq salır, gələcəyə yol göstərir

divarları, taxta qapı-pəncərəsi, Qız qalası

pıçıldayır qulağına asta-asta

keçmişindir bura sənin.

dolan, gəz, hər küncünü öyrən

sınaq yeri olub bura

sən də bir an keçmişdə ol

özünü sına

keçmişindən öyüd götür

gör babalar nə ediblər.

yol gedirəm

dolaşıram

hər döngədə dayanıram

boylanıram

keçmişimi yada salıb

fəxr edirəm

inanıram gələcəyə... inanıram!

Bağlı qapı

neçə ildir açılmayıb

bu həyətin qapıları

illər keçib

görən yoxdur

gəl-getləri...

yaz gələndə

güllər açar

divarlardan küçələrə

payız vaxtı

xəzan düşər bu həyətə

qış olanda

bu həyətin çınarları

yuva olar qarğalara.

***

həsrət baxışlı bir qarı

ağ birçəyin yelə verir

hər keçəndə bu qapıdan

gözlərinə duman çökür

dodaqları səyriyərək

pıçıldayır

kəlmə-kəlmə

lənət olsun bu dünyaya

insanı sürgün salana!

Tarix
2017.05.05 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla