Yuxarı

Türkiyə Əhməd Cavadı andı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Əhməd Cavadı andı - Foto

Türkiyənin Qars vilayətində, Qafqaz Universitetində Azərbaycanın və bütün türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadın 125 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb. Millət vəkili bildirib ki, 20-ci əsrin əvvəllərində, Qars bölgəsi də daxil olmaqla, Anadoluda insanlarımız Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı:

“Yetim qalam qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. Birinci Dünya müharibəsində Şərq cəbhəsindəki məğlubiyyət üzündən Rusiya imperiyası və silahlandırdığı erməni terror şəbəkəsi Qars da daxil olmaqla buraları işğal edəndə, zülmlər törədəndə Əhməd Cavad Novruz bayramı zamanı yazdığı şeirində “orda insanlarımız belə acı çəkirsə, bizim bayram keçirməyə haqqımız yoxdur” deyirdi və o acını, ağrını şeirində əks etdirirdi”.

Q.Paşayeva bu gün dillərdən düşməyən “Çırpınırdı Qara dəniz” şeiri də daxil olmaqla, Ə.Cavadın bütün şeirlərində, yazılarında millət uğrunda mübarizəsinin olduğunu deyib.

Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə danışan millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb:

“Bizim dədələrimiz, Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar”.

Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” sözlərini vurğulayan Qənirə Paşayeva Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq bildirib ki, hər bir türk Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

“Sizi bu gün Suriyada Bayırbucakda, İraqda Telafər, Kərkük, Mosulda, Krımda, Axısxada, Qarabağda... əziyyət çəkən insanlarımıza əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram”, - deputat bildirib.

Tədbirdə tanınmış alim Yavuz Akpınar Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib. Tədbirin təşkilatçısı Qafqaz Universitetinin bölüm başqanı Afina Barmanbay, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi Rəna Mirzəzadə, Qars Universitetinin müəllimi İlkin Quliyev Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı ilə bağlı çıxışlar ediblər.

Əhməd Cavad ailəsi adından çıxış edən Cavad Axundzadə isə ailəsi ilə bağlı bəzi xatirələrini bölüşüb.

Tədbirin sonunda bütün çıxışçılara plaketlər təqdim olunub.

Tarix
2017.05.06 / 14:37
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla