Yuxarı

Sağ qalan varmı?! – Emin Piri

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Emin Pirinin “Sağ qalan varmı?!” şeirlər kitabı işıq üzü görüb.

Kult.az xəbər verir ki, kitabın redaktoru tənqidçi Əsəd Cahangirdir.

Kitabda əsasən müharibə, sevgi və sosial yönümlü şeirlər yer alıb. Kitab “Ədiblər yayımları” çərçivəsində çap olunub. Bu, eyni zamanda layihənin ilk kitabıdır.

Emin Pirinin kitabda yer alan şeirlərindən ikisini təqdim edirik:

Nə qədər, neçəsən?!

Səni sevməyin yanında

Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm... sevəm
Ürəyi şüşə qabda yox,
Elə səndə olan divəm.

Adın da mürəkkəbdi,
adın dilimə dəyməz.
Özün demişdin axı,
Adam bəxtindən qaçıb
Gülləyə gələnə dəyməz.

Qırmızı şərab kimi
Ölümcül dodaqların,
içkiyə tövbəliyəm
mən yazıq yenə.
Səni qucaqlamaqdı
Kəbədə dövrəm.

Əynində dodaqlarımın
qarışqa yerişləri,
yer altında metro kimi
dərd altından barmaqlarımın
“stansiya” gedişləri...
hesablaya bildinmi,
bu gediş-gəlişləri?!

Sərhədləri itirilmiş
Məmləkətin küncündəyəm.
Daha bu kağız ölkədə
Kiməm ki, kimdən inciyəm.

Sağımda sən, solumda sən.
De, nə qədərsən,
Neçəsən?!
Bəlkə o qədər sənlərdən
Birin mənimçün keçəsən?

Eşq ayələri

Baxışların məni istədiyi
operaya çevirən drijor,
əlim sinəmdə
himn oxumaq kimidi
səni səsləmək.

Hər sevirəm kəlmən
“Oxu”,
“Eşqin adıyla oxu” kimi
səslənər qulağımda.
Hər gecə dodaqlarıma qoyduğun
sevgi vəhylərinin
Mən sorğu-sualsız Nəbisi.

Susayarsan gecəyarı
Durub şəklinə baxarsan.
Kəbə divarıtək
Üzümü sürtərəm - yanağın
mənim tövbə yerim.

Sevmək
Samovara atılan odun parçasıtək
Ürəyimin son çırpıntıları.
Səadət hər səhər
sevdiyinin gözlərində doğulmaqdı.

Mən “Biq Banq”dan doğulmuş
işığına ac qalaktika,
qollarım planet
Sən Günəşə dolanır.
Sən olmayanda
əllərimi unuduram,
ayaqlarım məndən xəbərsiz
həyətinizdə ayaq izlərini sığallayır.

Adam ürəkdən yox
Çiyinlərdən və dizlərdən sevir
Bütün varlığınla başını qoymağa.

ən çox sevdiyin sözə çevrilər
körpə şıltaqlığıyla dediyi
dəli kəlməsi.

Baxışların qəlbimdə imza yeri,
Səni sevmək möbiüs lentidir-
Səndən sənə qaçıram.

Daha saatlar da geri çəkilmir
bir saat artıq qalasan.
İndi daha çox anlayırsan
Şekspirin obrazlarını.
Başını çıxarıb pəncərədən
qışqırmaq istəyirsən:
Oxuma torağay, oxuma.

inanma
ağzından çıxan kəlmələrə,-
Qadının dili ağzında yox,
gözlərindədi.

Tellərində maqnit qasırğası,
Barmaqlarım istiqamətini itirmiş
Kompas əqrəbidir indi.

Sənsiz yayın ortasında
dişlərim kilsə zəngi.
İki min il sonra
Sənsizliyin çarmıxında
yerə enən İsayam…

Tarix
2017.05.08 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla