Yuxarı

Bakıda Camal Kamalın yubileyi keçirildi – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Camal Kamalın yubileyi keçirildi – Foto

Bakıda Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim, Azərbaycan ədəbiyyatını özbək dilinə çevirən və təbliğ edən Camal Kamalın 80 illik yubileyi qeyd olunub.

Axar.az xəbər verir ki, Camal Kamalın rəhbərliyi ilə tanınmış tarixçi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri Roza Niyozmetova və Gülbahor Aşurovadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Millət vəkili Qənirə Paşayeva qonaqlara Ermənistanın XX əsrin sonlarında xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar, işğalçılıq siyasəti, Xocalı Soyqırımı barədə geniş məlumatlar verib.

Bundan sonra yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan böyük şair Camal Kamalın Bakı Avrasiya Universitetində 80 illik yubileyi keçirilib.

Universitetin rektoru, professor Nazim Hüseynli Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin dərin köklərinə toxunaraq, bu əlaqələrin digər sahələrdə də inkişafından bəhs edib.

Tədbirdə çıxış edən Qənirə Paşayeva Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında müstəsna rolu olan Camal Kamalın həyat fəaliyyəti və geniş yaradıcılığına toxunaraq, ona Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilində tərcümə etməsini, eləcə də Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məhəmməd Füzuli və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim və təbliğ etməsinə görə dərin təşəkkürünü bildirib.

Tədbirin sonunda Bakı Avrasiya Universiteti tərəfindən Özbəkistanın xalq şairinə Fəxri doktor diplomu təqdim edilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Özbəkistanın xalq şairinin 80 illiyi münasibətilə “Camal Kamal və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndiyini vurğulayıb.

İ.Həbibbəyli qeyd edib ki, ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb və aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub:

“Camal Kamalın yaradıcılığında Azərbaycan ədəbiyyatı xüsusi yer tutur Ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafında Camal Kamalın müstəsna xidmətləri var”.

Q.Paşayeva Özbəkistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini beynəlxalq arenada dəstəklədiyini vurğulayıb.

Tarix
2017.05.31 / 14:45
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla