Yuxarı

“Qızılbaş” beynəlxalq müsabiqəsi başlayır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qızılbaş” beynəlxalq müsabiqəsi başlayır

02 iyun saat 15:00-da AYB Natəvən klubunda Şah İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” və “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabının təqdimatı və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək Hekayə müsabiqəsinin təqdimatı keçiriləcək.

Kult.az xəbər verir ki, “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” hekayəsinin müəllifi dossent Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur. Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığını və sərkərdəliyi şahın öz dilindən verilir.

“Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb.

Hər iki əsər Hədəf Nəşrlərinin sponsorluğu ilə çap edilib.

AYB Şah İsmayıl Komissiyasının sədri, müsbiqə layihəsinin rəhbəri Şəmil Sadiqin verdiyi məlumata görə, Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri təqdimat günü elan ediləcək.

Tarix
2017.06.01 / 00:40
Müəllif
Kult.az
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla