Yuxarı

Anardan özbək xalq şairinə böyük jest - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anardan özbək xalq şairinə böyük jest - Foto

Millət vəkili Q.Paşayeva Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi Camal Kamalın rəhbərlik etdiyi, tanınmış tarixçi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza Niyozmetova və Gülbahor Aşurovadan ibarət nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları salamlayan millət vəkili Azərbaycanın hər zaman qardaş Özbəkistanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb.

Özbəkistanın bu günə qədər olduğu kimi bundan sonra da Qarabağ problemində Azərbaycanın yanında olacağına inandığını deyən Q.Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə geniş məlumatlar verib və bu məlumatların Özbəkistan ictimaiyyətinə daha geniş çatdırılmasında onların səylərini daha da artıracaqlarına inandığını deyib.

Qardaş Azərbaycanı görməkdən böyük məmnuniyyət duyduqlarını deyən nümayəndə heyəti üzvləri bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan ədəbiyyatı ilə bərabər Qarabağ həqiqətlərinin də daha geniş yayılmasında səylərini artıracaqlarını qeyd ediblər.

Nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan Yazıçılar Birliyində Özbəkistanın xalq şairi Camal Kamalla görüş keçirilib. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tanınmış tərcüməçi Camal Kamalı 80 illik yubileyi münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, Camal Kamalın Azərbaycan-Özbəkistan ədəbiyyatlarının qarşılıqlı təbliğində böyük əməyi var. Belə ki, Camal Kamal dahi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə çevirib, eləcə də Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim edib. Anar C.Kamalın Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə qəbul edildiyini deyib.

Milli Kitabxanada isə Özbəkistan nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə dair tədbir və Camal Kamalla görüş keçirilib.

Camal Kamal Azərbaycan xalqına, ədəbiyyatına vurğun olduğunu, Azərbaycan ədəbiyyatının Özbəkistanda daha geniş təbliği istiqamətində bundan sonra da fəal çalışacağını bildirib.

Tarix
2017.06.02 / 21:17
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla