Yuxarı

Səmədoğlunun kitabı Parisdə təqdim edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səmədoğlunun kitabı Parisdə təqdim edildi - Foto

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycan Evinin birgə təşkilatçılığı və Səməd Vurğun Ev-Muzeyinin maliyyə dəstəyi ilə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, təqdimatda səfir Elçin Əmirbəyov Vaqif Səmədoğlunun yaradıcılığından söz açıb, onun xalqımızın tarixini və kimliyini sevən şəxs olduğunu bildirib. Qeyd edib ki, V.Səmədoğlunun yaradıcılığı sovet dövrünə-yaradıcı insanların düşündüklərini azad ifadə edə bilmədikləri dövrə təsadüf edib. Şeirlərinin birində “Doğuldum 1939-da, 1937-də tutuldum” deyən şair hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyir. Bununla o, 1937-ci il repressiyalarını xatırladır. Vaqif Səmədoğlu daim ölkəsinin yenidən müstəqilliyə qovuşması arzusu ilə yaşayır və şeirlərində şifrələnmiş mənalarla bunu ifadə edir. V. Səmədoğlu bir gün onun da ölkəsinin öz rəngi ilə dünya xəritəsinə yazılacağına ümid edirdi. Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayan şair nəinki ölkəsinin müstəqilliyinin bərpa olunmasını gördü, o hətta 2000-2005-ci illərdə müstəqil ölkənin parlamentinin deputatı oldu.

Fransız dilin tərcümə edilmiş “Bir gün təbəssüm olmuşdum” kitabının tərcüməçisi və redaktoru kitabın ərsəyə gəlməsindən söz açıb və şairin şeirlərindən səsləndiriblər.

Səməd Vurğun Ev-Muzeyinin direktoru Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yaradıcılığından söz açaraq, onun keçən əsrin 60-cı illərindən yazmağa başladığını, amma şeirlərinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib.

V. Səmədoğlunun şeirlərinin özəllikləri haqqında danışan direktor onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlər onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyi bildirib.

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali və tarixçi, şair Payen Appenzeller Azərbaycan poeziya tarixindən danışaraq, şairin şeirlərindən səsləndiriblər.

Tədbirin sonunda Səməd Vurğunun nəticəsi, gənclər üçün Prezident mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa edib.

Tarix
2017.06.07 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla