Yuxarı

Azərbaycanlı Almaniyada “ən yaxşı” oldu – Mükafat

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Almaniyada “ən yaxşı” oldu – Mükafat

Almaniyann Litprom Müəssisəsi (“LITPRM”) güney azərbaycanlı yazıçı Fəriba Vəfini 2017-ci ilin ən yaxşı xarici yazıçısı mükafatına layiq görüb.

Kult.az müəssisənin rəsmi saytına istinadən xəbər verir ki, F.Vəfinin 16 il öncə qələmə aldığı “Tərlan” romanı münsiflər heyətinin ən çox səsini qazanaraq bu mükafatla təltif edilib.

Mükafat 2017-ci il oktyabrın 11-dən 15-dək Frankfurt şəhərində keçiriləcək Dünyanın Ən Böyük Kitab Sərgisində azərbaycanlı yazıçıya təqdim olunacaq.

Tanınmış azərbaycanlı yazıçı müsahibələrinin birində türkcə əsər yazmağın həsrətində olduğunu və məcburiyyət qarşısında farsca yazdığını qeyd edib.F.Vəfi 1962-ci ildə Təbrizdə doğulub. O, 11 cild qısa hekayə və roman kitabının müəllifidir. Yazıçının “Mənim quşum” və “Tibet röyası” əsərləri İranın bir neçə mötəbər ədəbi mükafatına layiq görülüb. Azərbaycanlı yazıçının bir neçə hekayə əsəri italyan, anadolu türkcəsi, alman, norveç, fransız, rus, isveç (Sued), ərəb, yapon və ingilis dillərinə tərcümə olunub.

Qeyd edək ki, LITPRM qeyri-hökumət təşkilatıdır və Almaniya dövlətinin maliyyə yardımı ilə fəaliyyət göstərir. Müəssisə Asiya, Afrika və Latin Amerikasında nəşr olunan ən yaxşı əsərləri alman dilinə çevirir və alman oxucuları seçilmiş əsərlərlə tanış edir.

Tarix
2017.06.12 / 18:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla