Yuxarı

Sığallı saçları üzünə dağılmışdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sığallı saçları üzünə dağılmışdı

Kəklikotu

Daşkəsəndə “Narzan” restoranına getmişdim. Maşından düşən kimi təxminən, on yaşında qızcığaz yaxınlaşıb mənə dedi:

– Dayı, kəklikotu istəyirsən?

Qızcığazın üzünə baxdım, o qədər şirin idi ki... Yanaqları qıpqırmızı, sığallı saçları dağılmışdı üzünə. Gözünə gün düşürdü deyə, danışanda gözünün birini yumur, başını da yumduğu göz tərəfə əyir, saçları da o üz tərəfə axırdı. Elə bil yumduğu gözün əvəzinə o biri gözünü daha çox açırdı.

Deyəsən, yaman bezmişdi, heç kəs onun kəklikotusunu almırdı. Ona görə burnunu qırışdıra-qırışdıra bir də dedi:

– Dayı, kəklikotu istəyirsən?

Qızcığaz “yox” sözünə o qədər vərdiş eləmişdi ki, bir ayağını qaçaraq qoyub, o biri adamların yanına getmək üçün tələsirdi. İlahi, onun bapbalaca ovucları necə narahat və həyəcanlı idi... Görəsən, otları dağın-daşın dibindən o balaca əlləri ilə yığıbmı? Bəlkə əllərinə tikan batıb, tikanın yeri göynəyib, gecəni yata bilməyib. İndi də kəklikotunu sata bilmir, alan yoxdu. Bapbalaca ürəyi döyünür, ora qaçır, bura qaçır, ayaqları yorulur, saçları atılıb-düşməkdən bezir.

Bu dağ qızı bu qədər kəklikotunu neçəyə versə yaxşıdı? Cəmi bir manata. Deyir, hələ istəsən, aşağı da düşər.

– Hə, istəyirəm – dedim.

Ay allah, qızcığaz necə sevindi. Pulu alıb balaca ovuclarında möhkəm-möhkəm sıxdı. Daha Günəş onun gözlərinin vecinə deyildi. Axı kəklikotu satılmışdı. Qaça-qaça o biri yoldaşlarının yanına getdi. Elə bil tikan batan əlləri dincəldi, saçları sevindi.

Yolboyu maşında onun balaca əlləri, üzü, sığallı saçları, həyəcanı gözlərimin qabağından getmədi. O qədər şirin idi ki... Yanaqları qıpqırmızıydı, sığallı saçları dağılmışdı üzünə. Gözünə gün düşürdü deyə danışanda gözünün birini yumur, başını da yumduğu göz tərəfə əyir, saçları da o üz tərəfə axırdı. Elə bil yumduğu gözün əvəzinə o biri gözünü daha çox açırdı...

Tarix
2017.06.14 / 00:45
Müəllif
Kult.az
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla