Yuxarı

Azərbaycan üçün zindanda yatan Həbib...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan üçün zindanda yatan Həbib...

Həbib Sasanian (Yakamoz) müasir Azərbaycan şairi, yazıçı, jurnalist, insan haqları müdafiəçisidir. O, 1975-ci ildə Muğanın Xoruzlu bölgəsində Güllübulaq kəndində anadan olub. İxtisasca elektrik və rabitə mühəndisidir.

Ərdəbil Universitetində təhsil alıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İndiyə qədər yüzlərlə şeirin müəllifidir. O, Azərbaycan-Ermənistan müharibəsində ermənilərin işğalçı siyasətini pislədiyi üçün hazırda Təbriz məhkəməsinin qərarı ilə Təbriz zindanında saxlanılır.

Kult.az Həbib Sasanianın “Gәl mәni gör” adlı şeirini təqdim edir:

İstisәn yanmış ürәk axtarasan, gәl mәni gör

Qәm əlindәn yanasan, odlanasan, gәl mәni gör.

Vәtәnin dәrdlәrini tökmüş olan öz içinә,

Cavanikәn qocalanlar sanasan, gәl mәni gör.

Bu sınıq könlümü hәr an talayır qanlı fәlәk,

Qanlı göz yaşlarıma kipriyim olmuşdu əlәk,

Nanәcib dünya atır gündә mәnә bir mәtәlәk,

Yurdu hәr gün talanan axtarısan, gәl mәni gör.

Әqlimә baxmadı bu qan dolu divanә ürәk,

Döndәrib pis üzünü bәxtimә bu qanlı fәlәk,

Hәr yetәn dost adına qurdu mәnә tazә kәlәk,

Sәn dә bir tazә yara vurmalısan, gәl mәni gör.

Hamı divanә olarkәn, mәni divanә sanır,

Yox sәdaqәt, bu cәmaәt niyә Allahı danır?

Yakamoz yurduna vurğundu, bunu kimsә qanır?

Gözlәri yaşlı qalan axtarısan, gәl mәni gör.

Tarix
2017.06.15 / 20:28
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla