Yuxarı

“Dəli şeytan deyir ki, dəli şeytan ol” - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dəli şeytan deyir ki, dəli şeytan ol” - Video

Seyran müəllimə mən rast gələndən bir müddət sonra dedi ki, mən şairəm. Mən onda instutun axırıncı kursunda idim. Amma təbii ki, şeirləri sevirdim, şairləri də xoşlayırdım. Onda heç ağlıma da gəlməzdi ki, Seyran müəllim həyat yoldaşım olacaq. Sonra tale elə gətirdi ki, şükür də elə oldu, bizim ailəmiz oldu.

Axar.az xəbər verir ki, bu sözləri yazıçı, şair Seyran Səxavətin həyat yoldaşı Almaz Xanlarova ARB TV-nin “Gəlin danışaq” verilişinə danışarkən deyib. O, şairlə birgə keçdiyi çətin günlərdən də söz açıb:

“Biz elə qəribə sınaqlardan çıxmışıq ki. Rayondan gəlmiş insan idi, kirayə yaşayırdı. Biz evlənəndə pulumuz o qədər də çox deyildi deyə 1 otaqlı balaca ev tutmuşduq. Mən otağın ortasından gücüm çatan parçadan pərdə asmışdım, üstünə də kağızla yazmışdım ki, Seyran müəllimin iş otağıdır, daxil olmaq olmaz. Uşaqlar doğulandan sonra, ağılları kəsəndən sonra deyirdim ki, atanın kabinetidir, o tərəfə keçmək olmaz, kağız atanındır toxunmaq olmaz. O qədər uşaqlar bunu eşitmişdi ki, qızımın 10 yaşı olardı, bir dəfə qayıtdı ki, mən heç vaxtı yazıçıya ərə getməyəcəm. Bu nə həyatdır, televizorun səsini vermək olmaz, radiyonun səsini vermək olmaz, bərkdən yerimək olmaz, qələminə əl vurmaq olmaz. Dedim ki, eybi yox Ləməşka, böyüyərsən və bilərsən ki, bunların hamısı niyə belədir”.

Yazıçının həyat yoldaşı Seyran Səxavətin bu günə kimi bütün yazılarını bəyəndiyini bildirib, yalnız bir ifadəsindən başqa:

“Mən ona rast gələndə o şeirə nöqtə qoydu və keçdi prozaya. Təzə evlənəndə ilk kirayə qaldığımız evdə, 15 günün içində dalbadal 5 ya 3 möhtəşəm hekayə yazdı. Yazılarının içində bəyənmədiyim yazı yoxdur. Bir dənə şeiri var, mənə qədər yazılıb. Oxuyandan sonra biraz pis oldum. Orada bir misra var deyirsən ki, “Dəli şeytan deyir ki, dəli şeytanı ol bəşəriyyətin”. Dedim ki, Seyran mən heç vaxt istəməzdim ki, sən o ifadəni işlədəsən. Durdu, durdu dedi ki, bu yaşımda deyirəm ki, düz deyirsən”.

Tarix
2017.06.17 / 16:27
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla