Yuxarı

Qafqaz İslam Ordusunun günlük raportları tapıldı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz İslam Ordusunun günlük raportları tapıldı

Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdən Gəncəyə köçməsində və 15 sentyabr 1918-ci ildə Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində həlledici rolu olmuş Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb.

Bu barədə APA-ya Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın həyat və fəaliyyəti haqqında 928 səhifəlik “Nuri Killigil” kitabının müəllifi Atilla Oral məlumat verib. O, raportları köhnə kitablar, fotolar, sənədlər satan bir bukinist mağazası sahibində gördüyünü söyləyib:

“Azərbaycan dövlətinin Tiflisdən Gəncəyə köçməsi və daha sonra Bakının azad edilməsi üçün həyata keçirilən gündəlik icraatların hamısı barədə Osmanlı ordularının Batumdakı komandanı, general-polkovnik Əbdülvahab paşaya raportlar göndərilib. Raportlarda bütün təfərrüatlar öz əksini tapıb. Bilirsiniz ki, mən kitablarımı özüm çap edib özüm satır, əldə etdiyim pulu yeni sənədlər almağa xərcləyirəm. Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları üçün çox pul istəyirlər, hal-hazırda maddi imkanım onu almağa imkan vermir. Ancaq əmin olun ki, yaxın günlərdə pul tapıb o dəftərləri alacaq və APA vasitəsilə Azərbaycan oxucularına təqdim edəcəyəm”.

Qeyd edək ki, Türkiyədə silah sənayesinin qurucularından olan Nuri Paşanın həyat və fəaliyyətini 17 il araşdıran tədqiqatçı Atilla Oral 2016-cı ilin iyununda 928 səhifəlik “Nuri Killigil” kitabını çap etdirib. Kitab Türkiyədə və Azərbaycanda böyük marağa səbəb olub.

Tarix
2017.07.03 / 12:00
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla