Yuxarı

Rəsulzadənin məşhur çıxışındakı misralar kimindir? - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsulzadənin məşhur çıxışındakı misralar kimindir? - Foto

Ötən gün Feysbukda Türkiyənin məşhur Orta Doğu Texniki Universitetinin məzuniyyət törənindən bir foto paylaşıldı. Azərbaycanlı tələbələr məzuniyyət keçidində “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! – M.Ə.Rəsulzadə” yazılmış şüarla yadda qaldılar.

Tələbələrimizin bu təqdirəlayiq addımını dəstəkləməklə yanaşı, dəfələrlə hər il 28 may ərəfəsində də təkrarlanan bir səhvin aradan qaldırılmasının da zəruriliyini deməliyik.

O şeir Rəsulzadənin deyil.

Doğrudur, Rəsulzadə 28 may 1953-cü ildə “Amerikanın səsi” radiosundakı çıxışında həmin misraları səsləndirir, amma orada onun özü də deyir ki, “... şairin beyti ilə dilə gətirirəm”.

Yəni Rəsulzadə də açıq şəkildə bir şairdən sitat gətirdiyini bildirir.

“Azərbaycan istiqlalı” adlanan, uzun həcmli şeirin gerçək müəllifi Gültəkin imzası ilə şeirlər yazan bir şəxsdir.

Bu şeir 1948-ci ildə Gültəkin imzası ilə yayımlanan “Buzlu cəhənnəm” adlı kitabda 16-20-ci səhifələrdə yayımlanıb. Şeirin altında yazıldığı tarix “28 may 1919” olaraq göstərilib, yəni cümhuriyyətin bir illiyi münasibətilə yazılıb. Məşhur bənd də şeirin ən sonuncu misralarıdır. Yeganə fərq odur ki, Rəsulzadə “bədəndə can” deyir, kitabda isə “bəndə can” olaraq yazılıb.

Bu kitab 1948-ci ildə İstanbulun Kayabal-Güresin mətbəəsində çap olunub. Kitabdakı şeirləri toplayan və ön söz yazan mühacir siyasətçilərdən Mirzəbala Məhəmmədzadədir. Mirzəbala ön sözdə onun haqqında yazır: “Azərbaycan türkünün milliyət, hürriyyət və istiqlal uğrunda qızıl rus imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir. Gültəkinin hürriyyət və istiqlal hayqıran şeirləri 1923-28-ci illərdə Məhəmməd Əmin bəy tərəfindən nəşr olunan “Yeni Kafkasya” məcmuəsində çıxıb”.

“Çağdaş Azərbaycan ədəbiyyatı” adlı yazısında isə Rəsulzadə onu bu cür xatırlayır:

“Gültəkinin şeirlərində biz həqiqi milli-inqilab mübarizəsinin nəşidələrini görürük. Mübarizənin ədalətliliyinə və qələbə ilə nəticələnəcəyinə bağlanan ümid, Gültəkində adətən dini bir mahiyyət alır”.

Gültəkinin Azərbaycanın tanınmış ədəbiyyatçılarından, İstanbulda təhsil almış, 1938-ci ildə repressiyaya məruz qalmış Əmin Abid olduğu fikri geniş şəkildə dəstəklənir.

Gültəkinin kitabından həmin şeirin yayımlandığı səhifələrin orijinalını təqdim edirik:

Tarix
2017.07.07 / 09:46
Müəllif
Dilqəm Əhməd
Digər xəbərlər

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi

Azərbaycan və Türkmənistan bu barədə razılığa gəldi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Urmiya gölünün son vəziyyəti açıqlandı: Ümidlər artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla