Yuxarı

Füzuli mənasızın biridir: di, gedin... – Baba Vəziroğlu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli mənasızın biridir: di, gedin... –

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin xalq şairi Səməd Vurğunla bağlı açıqlaması hələ də müzakirə olunmaqdadır.

Kult.az tanınmış ədəbiyyat adamlarının H.Hacəzadənin səsləndirdiyi fikirlərə münasibətini təqdim edir:

Firuz Mustafa: Təkcə Səməd Vurğun deyil, Cabbarlı da, Cavid də, Üzeyir bəy də, Məmməd Səid də, Yusif Vəzir də, Əbdürrəhim bəy də Sovet dönəmində məcburiyyət qarşısında qalaraq Cümhuriyyəti söyüblər... İndi neyləyək? Hamısını tariximizdən çıxaraq? Özü də təkcə bizdə deyil, digər sovet respublikalarında da bu tendensiya bu cür gedib...

Gəlin tarixi təhlil edək, amma təftiş etməyək...

Baba Vəziroğlu: Mürəkkəb, ziddiyyətli tarixi dövrlər və şəxsiyyətlər barədə uzun zamanların məsafəsindən durbinlə baxıb birmənalı, birhüceyrəli, primitiv, amöb təfəkkürlü bəsit mülahizələr söyləyən hörmətli insanlara cavab vermək vaxt itkisindən başqa bir şey deyil. Yaxşı, indi mən deyirəm - Füzuli mənasızın biridir. Di, başlayın müzakirə etməyə...

Şərif Ağayar: Hikmət Hacızadənin bu mövzuda müsahibəsi bizim saytda gedib (Kulis.az nəzərdə tutulur - red.) Müsahibəni oxuyanda hiss etdim ki, Hikmət Hacızadə Səməd Vurğun şəxsiyyətinə yalnız onun siyasi mövqeyinə görə qiymət verib. Yəni bir sənətkar kimi ona qiymət verməyib. Hacızadənin Səməd Vurğuna obyektiv qiymət verdiyini düşünmürəm.

Qeyd edək ki, bir müddət əvvəl Hikmət Hacızadə xalq şairi Səməd Vurğunun “mənasız biri olduğunu”, “nə qədər adam satdığını” deyib. Sosial şəbəkələrdə H.Hacızadənin bu sözləri ciddi etirazla qarşılanıb.

Tarix
2017.07.19 / 12:27
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla