Yuxarı

Gözəlliyi duymaq üçün… - Afaq Şıxlı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gözəlliyi duymaq üçün… - Afaq Şıxlı

Tanınmış şairlərimizdən olan Afaq Şıxlı uzun müddətdir ki, Rusiyanın paytaxtında yaşayıb yaradır. Afaq Şıxlı bu günlərdə ürək ağrıları ilə bağlı səhhətində yaranan problemə görə Moskva şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Müalicəsi davam edən şair xanımın Kult.az-a göndərdiyi son şeirlərini təqdim edirik:

Gözəlliyi duymaq üçün

Xəstəxana pəncərəsindən

Dünya daha işıqlı,

Həyat daha maraqlı,

İnsanlar daha xoşbəxt...

Səma daha mavi,

Günəş daha parlaq,

Ağaclar daha comərd görünür...

Yarpaqların yaşılına zümrüd,

Sarısına qızıl,

Qırmızısına yaqut demək istəyirsən.

Əl atıb bir yarpaq qoparmaq,

Üzünə sürtmək istəyirsən.

Demək ki,

gözəlliyi duymaq üçün

Ona uzaqdan,

əlçatmazdan baxmaq gərəkmiş -

Xəstəxana pəncərəsindən!

17.07.17.

***

Bir çırağın eşqinə yanar

bir pərvanə...

Bir sözün doğuluşuna ölər bir ümid...

Bir həqiqəti yaşatmağa gedər

bir ömür...

Min könüldə yaşamaqçün dayanar bir ürək...

18.07.17.

...

Sadəliyin təcəssümü,

Ümidlərin qapısı,

Ölümlə üz-üzə durduğun yerdir -

Xəstəxana palataları...

Bəzən yenidən doğulduğun,

Bəzənsə son gördüyün yerdir...

Çarpayısının başına dikilər gözlərin,

Pəncərəsindən asılar arzuların.

Aynalarında səhifələnər həyatın varaq-varaq...

Kim bilir... bəlkə bu gün...

Bəlkə də... sabah...

Tarix
2017.07.20 / 02:10
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla