Yuxarı

Məşhur şairin ev muzeyi qəzalı vəziyyətə düşdü - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur şairin ev muzeyi qəzalı vəziyyətə düşdü - Foto

Məhəbbət, sevgi şairi kimi tanıdığımız, nakam taleli Mikayıl Müşfiqin bu il iyun ayının 5-də 109 yaşı tamam oldu. 2018-ci ildə 110 yaşı tamam olacaq şairin Xızının Sayadlar kəndi ərazisindəki muzeyinin əsaslı təmir və bərpaya ciddi ehtiyacı var.

İstipress.az xəbər verir ki, Müşfiqin Bakıdakı heykəli yenilənərək öz yerinə qoyulub. Xızıdakı muzeydə isə heç bir irəliləyiş yoxdur. Muzeyin yerləşdiyi binada və həyətdə təmir-bərpadan heç bir əlamət yoxdur. Otaqda çatlar əmələ gəlib, pilləkən, daşlanan həyət uçulub dağılıb. Çatlar olan otaqda eksponatlar da xarab olmaqdadır. Müşfiqin muzeyində səliqə-sahman yerində olsa, abadlıq işlərinin görülməməsi xüsusi diqqətə çarpır.

Mikayıl Müşfiq muzeyinin direktoru Orxan Əzimov muzeyin bərpasının planda olduğunu, imkanları daxilində nakam şairin xatirə ocağını qoruyub saxladıqlarını dedi. Sumqayıt regional mədəniyyət və turizm idarəsinin Xızı üzrə nümayəndəsi Mövsüm Bağırov Müşfiq muzeyinin bərpasının bu il üçün nəzərdə tutulmadığını bildirdi. Onun sözlərinə görə, muzeyin bərpa və təmir edilməsinin konkret vaxtı bu ilin 4-cü rübündə məlum olacaq.

Xızlda - Mikayıl Müşfiqin ata yurdu olan Sayadlar kəndində salınan muzey 1988-ci ildə müşfiqsevərlər tərəfindən "Müşfiq ocağı"altında yaradılıb. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi bu xatirə ocağına muzey statusu verib.

Ümid və arzu edirik ki, müşfiqsevərlər 2018-cu ildə bu təmirsiz məkanı yüksək səviyyəli təmir olunmuş görə biləcəklər. Aidiyyatı qurumlar bu məsələni xüsusi diqqətdə saxlamalıdır.

Tarix
2017.08.26 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi

Azərbaycan və Türkmənistan bu barədə razılığa gəldi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Urmiya gölünün son vəziyyəti açıqlandı: Ümidlər artır...

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Mirziyayev səfirimizi təltif etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla