Yuxarı

Aqşin Evrən Təbriz qəzetində - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqşin Evrən Təbriz qəzetində - Foto

Azərbaycanın istedadlı şairlərindən Aqşin Evrənin şeiri Təbrizin "Sancaq" qəzetinin bugünkü sayında dərc olunub.

Kult.az xəbər verir ki, bu barədə güneyli şair Ümid Nəccari məlumat verib. O bildirib ki, qəzetdə Aqşin Evrənin “Unutmağın resepti” adlı şeiri dərc edilib və şair haqda məlumat yerləşdirilib.

Şeir güneyli oxucular tərəfindən maraqla qarşılanıb.

"Unutmağın resepti" şeirini təqdim edirik:

Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...

Tarix
2017.09.12 / 14:18
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla