Yuxarı

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.

Kult.az xatırladır ki, Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, tanınmış hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Məhkəmədə vəkillik etməklə ailəsini dolandıran atası şeiri və musiqini çox sevən bir ziyalı idi. Anası Kövkəb xanım da şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı.

Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:

“Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!”

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Universitetində, sonra isə Tibb fakültəsində ali təhsil almağa başlayıb. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olub.

Onun ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.

Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz “Heydərbabaya salam” poeması olub. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv vətən haqqında dastan kimi oxunur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə “Heydərbabaya salam” əsəri 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirib, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərib.

Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Bu əsər qısa bir zamanda yaranmayıb. Bu əsər illərdən bəri vətəndən ayrı düşmüş, vətən həsrəti, vətənə qоvuşmaq arzusu ilə yaşayan, vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanıb. Sadə bir fоrmada yazılan pоema hələ əlyazma şəklində ikən yayılaraq şöhrət tapıb. Pоema iki hissədən ibarətdir. Şəhriyar pоemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazıb.

Qeyd edək ki, Şəhriyar 18 sentyabr 1988 Tehranda yatdığı xəstəxanada vəfat edib və Təbrizdə Şairlər məqbərəsində dəfn edilib.

Tarix
2017.09.18 / 16:45
Müəllif
Kult.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla