Yuxarı

Məşhur aktrisa Fərid Hüseynin şeirini oxudu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aktrisa Fərid Hüseynin şeirini oxudu - Foto

Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 54-cü Beynəlxalq Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edir.

Kult.az xəbər verir ki, tədbir çərçivəsində iki şeir gecəsi keçirilib. Poeziya gecələrindən biri Dunay çayında üzən gəmidə baş tutub. Şeir gecəsinin bu formatda keçirilməsinin məqsədi şairləri Belqradın təbiət gözəllikləri ilə daha yaxından tanış etmək olub. Səyahət zamanı baş tutan poeziya tədbirində Fərid Hüseyn tədbir iştirakçılarına təqdim edilib və şeirlərini oxuyub.

İkinci şeir axşamı Serbiyanın Vrnyaçka-Banya şəhərində keçirilib. Şəhərin Mərkəzi Kitabxanasında baş tutan tədbirdə Fərid Hüseyn “Anna Axmatovanın dilindən” adlı şeirini oxuyub və çıxış edib. Daha sonra şeirin serb dilindəki variantını Serbiyanın məşhur aktrisası Yovanna Steviç səsləndirib.

Bu mötəbər tədbirlə bağlı hazırlanan antologiyada Fərid Hüseynin “Anna Axmatovanın dilindən” adlı şeiri və tərcümeyi-halı da yer alıb. Şeirin rus variantının tərcüməçisi Nicat Məmmədov, serb dilində mütərcimi isə Milovoye Bahoviçdir.

Builki görüşdə 21 ölkədən 30-dan çox şair iştirak edir. Amerika, Kanada, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Yunanıstan, Çexiya, Macarıstan, Rumıniya, Belarus, Ukrayna, Slovakiya, Albaniya, İsrail, Türkiyə və başqa ölkələrin seçkin şairlərinin qatıldığı tədbirdə bir-birindən maraqlı görüşlər, müzakirələr, kitab təqdimatları, şeir gecələri keçiriləcək.

Qeyd edək ki, F.Hüseyn bu mötəbər tədbirə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təqdimatıyla qatılıb.

Tarix
2017.09.22 / 17:19
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla