Yuxarı

Düşmən məkrlidir, soydaşlarımıza dedim ki...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə bir qrup Azərbaycan yazarı düşmən işğalından azad olunmuş Cocuq Mərcanlıda və Horadiz qəsəbəsində olublar. Azərbaycan Yazarlar Klubunun və Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xəttiylə həyata keçirilən layihənin koordinatoru, yazıçı Elçin Hüseynbəyli ilə səfər təəssüratını bölüşdük.

- Elçin bəy, vətənin qürbətdə qalan bir parçasına yaxın oldunuz. Soydaşlarımızla, əsgərlərimizlə görüşdünüz. Bu səfər hansı zərurətdən yarandı?

- Cocuq Mərcanlı və Horadiz səfəri “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində həyata keçirildi. Bu layihə Azərbaycan Yazarlar Klubuna (AyAK) məxsusdur və AR-nin prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xəttiylə həyata keçirilir. Bundan öncə yazarlarımız Biləsuvar (Cəbrayıl məcburi köçkünlər şəhərciyi), Ağdam, Tərtər rayonlarında olublar.

- Bu səfər daha samballı tərkiblə yadda qaldı.

- Nümayəndə heyətinə AYB sədri, xalq yazıçısı Anar, AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca, AYB Ağsaqqallar Şurasının sədri, xalq şairi Nəriman Həsənzadə, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid, “Olaylar” qəzetinin və eyni adlı saytın baş redaktoru Yunus Oğuz, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB Hərbi vətənpərvərlik sektorunun rəhbəri, şair-bəstəkar Şahin Musaoğlu və s. qatılmışdı.

- Hansı məkanlara baş çəkdiniz?

- Yolüstü aprel şəhidlərinin abidəsini ziyarət etdik. Sonra düşməndən azad edilmiş Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı olan dini ocağa getdik.

- Elçin bəy, çox təqdirəlayiq bir səfərdir. Layihənin məqsədi konkret olaraq nə idi?

- Layihənin məqsədi cəbhə bölgəsində yaşayan əhaliyə və keşik çəkən hərbçilərə silahla qələmin bir yerdə olduğunu əyani nümayiş etdirmək idi. Bu səfərlər zamanı ictimaiyyətlə, köçkünlərlə bir yerdə olduq, onların dərdlərini, kədərlərini bölüşdüyümüzü nümayiş etdirdik. 300-ə qədər kitab, bir neçə də film apardıq. Həmin kitabların bir qismi, eləcə də filmlər Qarabağ müharibəsinin şəhidləri və qəhrəmanları haqdaydı. Yazıçılarımız öz kitablarını da oxuculara hədiyyə etdilər.

- Azərbaycan Yazarlar Klubunun yaxın zamanlarda daha hansı layihələri var?

- Qarşıda beynəlxalq layihələrimiz var. Həmin layihələrdən biri Avropa yazarlarının cəbhə bölgələrinə səfərlərinin təşkili və ədalətli sözümüzü dünyaya çatdırmaq məqsədi daşıyır. Cəbhə və cəbhəyanı bölgələrə səfərlərimiz də mütəmadi olaraq davam edəcək.

- Elçin bəy, uzun illər yurdundan-yuvasından olmuş insanlarımızla görüşdünüz. Yerli sakinlər uzun illərin ayrılığından sonra yurd-yuvaya uyğunlaşa bilibmi?

- Mənim qənaətimə görə insanlar təkcə anadan yox, həm də vətəndən yetim qalır. Bioloji ananı qaytarmaq çətindir, amma genetik anamızı, yəni işğalda olan vətənimizi qaytara bilərik və buna tələsməliyik.

- Bu səfərdən qabaq Biləsuvarda məskunlaşan köçkünlərlə də görüşünüz oldu. Yaddaşınızda nələr qaldı?

- Biləsuvarda məcburi köçkün şəhərciyində insanların gözlərində kədər gördüm. Həmin kədər o zaman yox olacaq ki, soydaşlarımız vətənlərinə qovuşacaqlar. Düşmən çox məkrlidir. Biz soydaşlarımıza heç nədən çəkinməməyi, haqqın, ədalətin bizimlə olduğunu daim aşılamalıyıq: öz qələmimizlə və onlarla canlı təmasımızla...

Tarix
2017.10.13 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla