Yuxarı

Finala çıxdığıma özüm də inana bilmirəm – Əfsanə Laçın

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Finala çıxdığıma özüm də inana bilmirəm – Əfsanə Laçın

Finala çıxmışamsa, qalib gəlmək ehtimalım yüksəkdir.

Bu sözləri Kult.az-a açıqlamasında Açıq Avrasiya Ədəbiyyat Forumu-2017 müsabiqəsinin finalına vəsiqə qazanan gənc yazarımız Əfsanə Laçın söyləyib. O bildirib ki, 38 ölkədən 1200 iştirakçının qatıldığı müsabiqədə final mərhələsinə keçmək özünü də təəccübləndirib:

“Müsabiqəyə təkcə hekayələr yox, şeirlər, illüstrasiyalar, ssenari və s. incəsənətin müxtəlif sahələrindən əsərlər təqdim olunub. Mən də öz növbəmdə müsabiqəyə “Oyuq” adlı böyükhəcmli, hissələrdən ibarət əsər göndərmişəm. Bu yaxınlarda poçtuma final mərhələsinə keçməyim barədə təbrik məktubu gəldi. Çox sevindim. Yarışmaya qatılanlar arasında uşaq yazarları da kifayət qədər çox idi. Düşünürəm ki, finala çıxmışamsa, qalib olmaq ehtimalım böyükdür. Qalib gəlsəm, bunun yazarlıq fəaliyyətinə böyük təsir göstərəcəyini düşünürəm”.

Ə.Laçın bu vaxta qədər bir sıra müsabiqələrdə qalib gəldiyini, lakin ilk dəfə beynəlxalq yarışmada böyük uğur qazandığını deyib:

“Müsabiqənin şərtləri bir qədər ağır idi. Ən xırda detallara qədər fikir verirdilər. Düzü, yazıçı kimi uşaq əsərlərimə inanıram və “Oyuğ”u da uğurlu hesab edirəm. Özüm həqiqətən nəyisə bəyənəndə və inananda ətrafımdakılar da bəyənir. İndiyə qədər qatıldığım müsabiqələrə yalnız əmin olduğum yazıları göndərmişəm. Bu vaxta qədər bir sıra müsabiqələrdə qalib olsam da, bu qədər böyük uğurum olmayıb.

Yazımı göndərəndən sonra dəfələrlə yoxlasam da, müsabiqənin saytında tapa bilmədim və düşündüm ki, yəqin qəbul olunmayıb. Hətta bir neçə dəfə məktub yazıb maraqlandım, lakin cavab gəlmədi. Belə qənaətə gəldim ki, yəqin bu qədər məşhur yazar və iştirakçı arasında seçilməmişəm. Sonradan baxanda isə əsərimin saytda səsverməyə qoyulduğunu gördüm. Belə bir müsabiqədə finala keçəcəyimə inana bilmirdim. Ona görə də təbrik mesajını dəfələrlə oxumuşam.

Oktyabrın 20-nə qədər nəticələr bəlli olacaq və yekun mərhələ Stokolmda keçiriləcək. Qalib olsam, Stokolma getməyi çox istəyirəm. Bu mənim üçün möcüzə olar”.

Qeyd edək ki, bu, “Avrasiya Ədəbiyyat Festivalı və Kitab Forumu”nun (Open Aurasian Literature Festival&Book Forum) 6-cı müsabiqəsidir. Müsabiqəyə 38 ölkədən 1200 yazar qatılıb. Müsabiqəyə əsər qəbulu iyunun əvvəlindən 16 avqustadək davam edib.

Tarix
2017.10.17 / 23:54
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla