Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2019


“Dədə Qorqud”un itmiş əlyazması Yaponiyada - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın görkəmli yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görüb.

Kult.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində nəşr edilən roman bu dəfə Yaponiyada nəşr olunub. Yaponiyanın nüfuzlu Suseyşa nəşriyyatında “Səbirsizliklə gözlənilən əsər” seriyasında nəşr edilən kitabın üz qabığında yapon dilində “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” sözləri əksini tapıb. Kitabda Kamal Abdulla haqda qısa məlumat da verilib.

Maraqlı tərtibatda oxuculara təqdim edilən romanı Yaponiyanın Vaseta Universitetinin professoru İto İçiro yapon dilinə çevirib.

Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxıstan, Gürcüstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.

Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb. Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb. Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar.

Tanınmış rus yazarı Aleksandr Tkaçenko isə bildirib ki, “Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradıb”.

Tarix
2017.11.03 / 00:58
Müəllif
Ömər Xəyyam
Şərhlər
Загрузка...
Digər xəbərlər

"Qriqorian" Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi - Foto

Qadağa qoyulub varlığımıza... – Güneyli şair

Anarın “Söz dünyası” - Yeni kitab

Prezidentin bu qərarını ürəkdən alqışlayıram – Xalq şairi

Rüzgar vəzifəli kişini ona görə atdı...

Berdıməhəmmədov at balasına şeir yazdı

Bütün türk dünyasına böyük itki - Video

İbn Sinaya həsr edilmiş əsərin surəti Bakıya gətirildi - Foto

72 ildir rayon sakinləri bu evdə kitab oxuyur - Foto

Səməd Vurğunun maşınının 68 illik sənədi - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla