Yuxarı

“Rey” kod adlı döyüşçü nələr yazdı?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsindən xeyli əsərlər yazılıb. Bu əsərlərdə müharibə - insan, torpaq itkisi, dağıntılar obrazlı şəkildə ifadə olunub. Ancaq elə reallıqlar, yaşantılar var ki, onları heç bir təxəyyül, fantasiya, düşüncə və istedadla olduğu kimi vermək mümkün deyil. Döyüşçünün yaşantılarını, çəkdiyi əzabı, ani sevinci (müharibə istər-istəməz itkidi, ona görə də müharibədə sevincin ömrü çox az olur), psixoloji durumu eyniylə göstərmək olmur. Gərək onu yaşayasan. Gözlərinlə görəsən.

Ümumiyyətlə, müharibə-döyüş haqqında yazan yazarlar, bu mövzuya müraciət edənlər nəzərə almalıdırlar ki, döyüşçü- oxucular başqa oxuculardan fərqlidilər. Və bir gün qarşını kəsib deyə bilər ki, sən səhv eşitmisən; o, sən yazdığın kimi olmayıb.

Reallıq olan yerdə fantaziya susur.

Əsər o vaxt gözəl alınır ki, o, oxucuda maraq oyadır. Müharibədən yazılan əsərlərin çətinliyi sözə, ifadəyə, baxışa daha diqqətli yanaşmaqdadır. Yazılanlar reallığa söykənməlidir. Qarabağ müharibəsindən o qədər də uzun zaman keçməyib. İştirakçıların sağ qalanları var. Və əksəriyyəti də əzalarını itirib. Onların hissiyyatına toxunmaq olmaz. Dostun olsa belə. Bütün bunlar yazıya daha ciddi yanaşma tələb edir.

Qazi qardaşım Rey Kərimoğlunun “Kod adı “Rey” kitabı mənə Belorus yazıçısı, jurnalist, Nobel mükafatçısı Svetlana Alekseyeviçin “Müharibənin qadın olmayan üzü” kitabını xatırlatdı.

16-17 yaşlı qızların yaşlarını böyük göstərərək müharibəyə getmələrini, onların yaşadıqlarını, yaralıları və meyitləri döyüş meydançalarından necə çıxarmaqlarını...

Müharibəni çılpaqlığı ilə göstərən əsərdə cərəyan edən hadisələr ona görə canlı görünür ki, olanlar müharibə iştirakçılarının dilindən söylənilir.

Rey Kərimoğlu kitabdakı xatirələri jurnalist kimi yox, bir döyüşçü kimi qələmə alıb. Necə olubsa. Necə varsa. Rəngsiz.

Təbiilikdən gözəl heç nə yoxdur.

Bu baxımdan “döyüşçünün xatirələri” mənə çox doğma gəldi. Olanları-ağrıları, acıları məndə təzədən yaşatdı.

Kitabda hadisələr canlı təsvir olunur. Döyüş səhnəsi, açlıq-susuzluq, döyüşçü dostlarının itkisi. Hər şey.

Döyüşdə bir yerdə baş verən hadisə başqa yerdə olduğu kimi təkrarlanmır. Biri-birinə bənzəmir. Rey bu məsələləri o qədər dəqiqliklə, olduğu kimi və səmimiyyətlə təqdim edir ki, oxucu özünü müharibənin, döyüşün içərisində hiss edir.

Artıq yanmış, dağıdılmış o gözəl yerlərin, məkanın təsviri, bəzi hadisələrə qatılan poetiklik ağrı dolu yazıları daha oxunaqlı etməklə bərabər, həm də tanımayanlara o yerləri tanıdır. (Qarabağ... Arıların hərəkəti, vətən dediyi yuvanı özgədən qoruması; məktəbli qızın məktubu...)

Müharibədəki bu qədər itkilər müqabilində əsir düşən erməni qadının üz cizgilərindəki dəyişikliyin ifadəsi, ona və başqa yaralı ermənilərə - döyüşçü dostunu öldürən düşmənə olan nifrətin içərisində belə döyüşçünün humanistliyi duyulur. Bu, türklükdən gələn bir insani hissdir. Keyfiyyətdir. Və iki millət arasındakı ciddi fərqin göstəricisidir.

Rey əməliyyatlarda içtirak edənləri bir-bir xatırlayır. Adını çəkir. Unutduqlarından üzr istəyir. Bu haqq edənlərə verilən qiymətdir. Həm də bunu “şahidlərim bunlardır” kimi də qəbul etmək olar.

Kitab çoxlarımız üçün hələ də müəmmalı qalan, o vaxtlar baş vermiş əsas hadisələrə orada olanların baxışını, fikrini, düşündüklərini ortaya qoyur. Əlavə edir. Hadisələrə obyektiv yanaşmaya istinad, istiqamət kimi...

Rey Kərimoğlu “Kod adı “Rey” kitabında müharibəsi bitməyən, torpaqları hələ də işğalda olan insanlarla, səngərdə keşik çəkən və gələcək əsgərlərlə bir döyüşçünün xatirələrini bölüşüb.

Olanlar. İtkilər, itirilənlər və ümidlər...

P.S. Reyin Xocavəndin Əmrallar kəndindən Bakıdakı istədiyi qıza zəng etməsi epizodunu oxuyanda yadıma təxminən o illərdə yazdığım bir şeir düşdü:

Gecə saat ikidi

Zəng etmək istəyirəm sənə

gecə saat ikidi.

kim götürəcək ev telefonunu,

bilmirəm.

Sən götürsən

soruşacaqlar kimliyimi,-

deyə biləcəksənmi?

Mən başqa səsi eşidib

yavaşca asacam dəstəyi.

Duyub çevriləcəksən

narahat yatağında,

telefon da

məəttəl qalıb büzəcək dodağını

axı mən niyə hər şeyi

telefona deməliyəm?..

1992

Tarix
2017.11.13 / 22:43
Müəllif
Rəfail Tağızadə
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla