Yuxarı

İstanbulda unudulmaz bir gün keçirdik - Gülay

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda unudulmaz bir gün keçirdik - Gülay

3 ildir üzərində çalışdığım və 3 dəfə silib yenidən yazdığım “Və bir Amerikano..” romanım nəhayət ki, işıq üzü gördü. Bu kitabımın ürəyimdəki, beynimdəki yeri başqadır. İlk dəfə “P.S. Zaten boyun da küçüktü...” kitabını yazanda həyəcanlıydım ki, oxucular qələmimi bəyənəcəklər, ya yox.

Bu sözləri Kult.az-a açıqlamasında gənc yazar, ssenarist Gülay Hüseynova Türkiyədə yeni çap olunmuş “Və bir Amerikano...” kitabı barədə danışarkən deyib. O bildirib ki, romanın İstanbulda keçirilən təqdimatı böyük maraqla qarşılanıb:

“İndiki məsuliyyətim tamamilə ciddi və əsl yazıçı məsuliyyətidir. Çünki bu kitabı yazdığım müddət ərzində İstanbulda aldığım sinema və ədəbiyyat dərslərinin də qələmimi gücləndirdiyinin fərqindəyəm. “Və bir Amerikano...”nun təqdimatı, imza günü İstanbul TÜYAP kitap sərgisində oldu. İstanbullu oxucularımla unudulmaz, yaddaqalan gün keçirdik. Sürpriz qonaqlarımın - Onur Göyşənin, “Dalganabak” qrupunun solisti Ozan Turanın və Türkiyənin ən çox dinlənən radio aparıcısı Fateh Yıldırımın (Alem FM), keçmiş iş yoldaşlarım, radio aparıcıları Natiq Dadaşov və İmran Nərimanzadənin gəlişi məni hədsiz sevindirdi. Bundan əlavə, qələmini çox sevdiyim yazar Canan Tanla tanış olduq, bir-birimizə kitablarımızı imzaladıq”.

Gülay qeyd edib ki, növbəti həftə başda Ankara, Mersin, Adana olmaqla, ümumilikdə Türkiyənin 20 böyük şəhərində imza günü keçirəcək.

Tarix
2017.11.20 / 15:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Urmiya gölünün son vəziyyəti açıqlandı: Ümidlər artır...

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Mirziyayev səfirimizi təltif etdi - Foto

Bunlar ölkəmizin uğurlu parlament diplomatiyasının göstəricisidir

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək

Azərbaycan və Ermənistan şirkətləri müqavilə imzaladı: İnternet...

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi - Foto

Prezidentlərin təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla