Yuxarı

Qadın şairlərimiz beynəlxalq portalda - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın şairlərimiz beynəlxalq portalda - Foto

Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı – “Sozvuçie” müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qadın şairlərinin bir neçəsinin şeirlərini dərc edib.

Kult.az xəbər verir ki, rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.

“Qadın poeziyadır” başlıqlı təqdimatında K.Nəzirli poeziyamızın qadın nümayəndələrindən bir neçəsinin - Leyla Əliyevanın, Nisəbəyimin, Sona Vəliyevanın, Afaq Şıxlının, Aysel Əlizadənin, Rəbiqə Nazimqızının, Təranə Məmmədin, Günel Eyvazlının, Jalə İsmayılın, Nigar Həsənzadənin, Xanım Aydının və Günel Şamilqızının şeirlərini oxucuların ixtiyarına verilib.

“Bu şeirləri tərəddüdsüz sənət nümunələri və poeziya adlandırmaq olar. Özü də bu şeirlər insanda hiss və həyəcan doğurur, diqqət və ehtirama layiqdir. Bu şeirlərdə ürək, ruh, məna yükü, əşya və varlıqların xarakterik təsvirləri və əlbəttə, obrazlı təəssürat var”, - K.Nəzərli təqdimatda yazıb.

K.Nəzirli ədəbiyyatımıza, mədəniyyətimizə diqqət və qayğıyla yanaşdıqlarına görə Belarus İnformasiya nazirinin müavini Aleksandr Nikolayeviç Karlyukeviçə, MDB üzrə Ədəbiyyat Portalının rəhbərliyinə, xüsusilə tanınmış yazıçı və redaktor Anatoli Yevgenyeviç Matviyenkoya təşəkkür edib.

Tarix
2017.11.22 / 02:20
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla